Qafqaz doqquzdonu (lat. Lonicera caucasica) - doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.
İlk dəfə Qafqazda təsvir edilmiş,Kiçik Asiyada qeydə alınmışdır.
Hündürlüyü 3,5 m-ə çatan,dikduran gövdəli,alçaqboylu ağac və ya koldur.Yarpaqları uzunsov-oval və ya yumurtavarı-ovalşəkillidir,yarpaq damarları 4-13 cüt olub,aydın seçilir.Çiçəkləməsi yarpaqlamadan sonra baş verir.Dişiciyi 2 və ya 5 yuvalıdır.Erkəkciyi 5-dir.Çiçəkləri yarpaq qoltuğunda cüt və ya dəstə ilə yerləşir,ziqomorfdur,ikidodaqlıdır,üst dodağı 4,alt dodağı isə birləçəklidir.May ayında çiçəkləyir.Çiçəkləri ətirli və nektarlıdır.Kasacığı qırmızımtıl-bənövşəyidir.Meyvəsi iyul-sentyabr aylarında yetişir,giləmeyvədir.
Quraqlığa davamlıdır,torpağa tələbkar deyildir.
Böyük və Kiçik Qafqazda,Lenkaran zonasında meşələrdə bitir.
Dekorativ,yaxşı balverən bitkidir.
Qafqaz doqquzdonu (lat. Lonicera caucasica) - doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.