Primorski, Uzaq Şərq, Çin və Yaponiyada təbii halda yayılmışdır.
Hündürlüyü 10 m, gövdəsinin diametri 45 sm-ə çatan, yumru çətirli ağacdır. Qabığı tünd qonur, bəzən qara, yarıqlı, budaqları çubuqvari, qırmızı-sarıdır. Tumurcuqları yumurtavari, qırmızımtıl-qonurdur. Yarpaqları enli-yumurtavari və ya əks–yumurtavari, bünövrəsi yumru, ucu ensiz, yuxarı hissəsi xırda dişli, tükcüklüdür. Çiçək qrupu çətirvari 4-8 ağ rəngdədir, iri ətirli çiçəklərin diametri 2-4 sm-dir. Mayda çiçəkləyir. Meyvələri şarşəkilli, diametri 1 sm-ə çatır, sarı qırmızımtıl çalarlı, turş- acıdır. Sentyabrda yetişir və bütün qışı ağacda qalır. Toxum yuvaları bərk qabıqlıdır.
İşıqsevən, şaxtaya, quraqlığa davamlı, torpağa tələbkar deyildir.
Respublikamızda bəzi rayonlarda mədəni şəraitdə bеcərilir.
Bu dekorativ bitkidən yaşıllaşdırılmada istifadə edilə bilər, budamanı yaxşı keçirir və canlı hasarlar üçün yararlıdır.