dcsimg

Abutalıbov itburnusu ( Azerbaijani )

provided by wikipedia AZ

Təbii yayılması

Böyük Qafqazda yayılmışdır.

Botaniki təsviri

Qabığı qırmızımtıl-qonur, hündürlüyü 1,5 m-dək olan seyrək iynəli koldur. Yarpaqları xırda, 5-7 sm uzunluğunda, bünövrəsində ellipsvari, oraqvari əyilmişdir. Yarpağın arxası çılpaq, hamar, tək gövdəcik vəzicikləri və xırda iynələri vardır. Yalançı zoğları iri, uzunluğu 12-15 mm, eni 7-9 mm, çılpaq, hamar, iti uclu, kənarları vəziciklidir. Çiçəkləri tək və ya çiçək qruplarında 3-5 ədəddir; çiçək altlıqları inkişaf edərək, meyvəni örtür. Çiçək saplaqları qısa, uzunluğu 3-5 mm, çılpaq; kasayar-paqların uzunluğu 10-12, kənarları bütöv çıxıntılı və tək gövdəcik vəzicikli, içərisi zəif tükcüklüdür. Hipanti ellipsvari, uzunluğu təxminən 12 mm, dişicik ağızcığın başı iri, oturaq, ensiz, diametri 2 mm-dir. V-VI aylarda çiçəkləyir, VIII-IX aylarda meyvə verir.


Ekologiyası

Daşlı yamaclarda bitir. İstiyə, soyuğa davamlıdır. Torpağa tələbkar deyildir.

Azərbaycanda yayılması

Respublikamızda təbii halda rast gəlinir.

İstifadəsi

Tək və qrup əkinlərində istifadə olunur. Quru meyvələrdə vitamin C-nin miqdarı 1,8%-dir.

Məlumat mənbəsi

  1. Tofiq Məmmədov (botanik) "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018."
  2. Azərbaycanın ağac və kolları. Bakı: Azərb.SSR EA-nın nəşriyyatı, 1964, 220 s.
  3. Əsgərov A.M. Azərbaycanın ali bitkiləri.Azərbaycanın florasının konspekti II cild. Bakı: Elm, 2006,283 s.
  4. Talıbov T.H.,İbrahimov Ə.Ş.Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. Naxçıvan:Əcəmi,2008,350s.
  5. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1939, т.1.401с.
  6. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1962 т.6.378с.
  7. Дерувья и кустарники СССР.М.Л.: АН СССР, 1960 Т.5.543с.
  8. "Abşeronun ağac və kolları".Bakı: "Elm və təhsil", 2010.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ