dcsimg
Image of whitebox
Creatures » » Plants » » Dicotyledons » » Myrtles »

Whitebox

Eucalyptus albens Miq.

Ağ evkalipt ( Azerbaijani )

provided by wikipedia AZ

Ağ evkalipt (lat. Eucalyptus albens) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.

Təbii yayılması

Təbii arealı Tasmaniyadır. Avstraliyanın şərq və cənub-şərqini, Yeni Cənubi Uels mərkəzinin qərb yamacları, şərq düzənliklərini, şimaldan Kvinslendə qədər, Viktoriya ştatının cənubundan şimalına doğru və Cippslendin yuxarı rayonlarını əhatə edir.

Botaniki təsviri

Hündürlüyü 25 m, gövdəsinin diametri isə 25 sm-ə çatan həmişəyaşıl ağacdır. Gövdəsi pulcuqla örtülmüş, ağ rəngli qabıq əmələ gətirir. Oduncağı açıq rəngli, sərt və möhkəm, zoğları hamardır. Cavan yarpaqları qarşı-qarşıya yerləşmiş, sayı 4-5 cüt, saplağı qısa, neştərvari və ya dairəvi, uzunluğu 4-7 sm, eni 3-9 sm-dir. Yetkin fərdlərdə yarpaqları növbəli düzülmüş, geniş neştər formasında olub, uzunluğu 10-17 sm, eni 2-3 sm, sərt və boz rənglidir. Çiçək çətiri qınlı olub, süpürgəvaridir. Çiçəklər silindrik və ya yastı ayaqcıqlı, uzunluğu 10–15 mm, qönçələri qısa saplaqlı və ya oturaq, uzunluğu 10–15 mm, diametri 5–8 mm, sivri tilli və bozumtuldur. Qönçələrin qapaqcığı konusvari, iti, zəif bucaqlı, çiçək yatağı borucuqdur. Tozcuqlar yarımdairəvi yuvarcıqda dairəvi məsamələrin ucunda yerləşmiş, vəzili hüceyrələri tozcuğun ucunda yerləşir. Meyvələri oturaq və ya qısa saplaqlı, gümüşü-bozumtul, silindrik, armudvari və ya çəlləkvari olub, uzunluğu 9–11 mm, diametri 7–10 mm, tərs diskli, ucları dərin basılmışdır.

Ekologiyası

Dəniz səviyyəsindən 4–6 m hündürlükdə, qumsal, nəmişli torpaqlarda bitir. İstiyə, kölgəyə davamlıdır. Cənub rayonların 400 m hündürlüyündə olan yamaclarında, Nyu-İnqlend zirvəsinin dəniz səviyyəsindən 600 m yüksəkliklərində xeyli miqdarda sıx meşəliklər əmələ gətirir.

Azərbaycanda yayılması

Abşeronda yaşıllaşdırmada istifadə olunur.

İstifadəsi

Tək əkinlərdə istifadəsi məqsədyönlüdür, tərkibində efir yağı vardır, bir çox xəstəliklərin müalicəsində istifadə edilir.

Ədəbiyyat

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Ağ evkalipt: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Ağ evkalipt (lat. Eucalyptus albens) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ