dcsimg

Dörd nöqtəli şibyəyeyən ( Azerbaijani )

provided by wikipedia AZ

Dördnöqtəli şibyəyeyən (lat. Litosia quadra) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ.

Xarici quruluşu

Kəpənəyi aurita növündən çox böyükdür. Qanadları açılmış halda 50-52 mm-dir. Ön qanadlar erkəklərdə sarı-boz, zirvəsi bir qədər tünddür. Dişilərdə mavi rəngdə ləkələr vardır. Arxa qanadlar boz rəngdə, bütün bədəni sarı rəngdədir. Erkəklərdə baş və döş narıncı sarı rəngdə olur. Tırtılı boz-qonur və ya qara rəngdə olub, qara-sarı tüklərlə örtülmüşdür. Üzərində qırmızı ziyilləri vardır, yan xətti sarı rəngdədir.

Həyat tərzi

Adi növdür. Təbiətin sərvəti və bəzəyi hesab olunur. Kəpənəyi işığa nisbətən zəif, kütləvi çoxaldığı illərdə daha həvəslə uçur. Əsasən dağətəyi, orta dağlıq yerlərdə, bağ və meşələrdə yaşayır. Bu növə bəzən düzən rayonlarda da təsadüf edilir. Azərbaycan şəraitində 2 nəsil verir. Birinci nəslin tırtılları apreldə, ikinci nəslin tırtılları oktyabrda alma, armud, palıd, fıstıq, qarağat və başqa ağacların üzərindəki şibyələrlə qidalanır. İnkişafını başa vuran tırtıllar barama içərisində puplaşır. Bitki qalıqları arasında tırtıl mərhələsində qışlayır.

Yayılması

Azərbaycanda geniş yayılmışdır. Kəpənəkləri biz tərəfdən Talışdan, Zaqataladan, Xızıdan (Altıağac), və Lənkərandan (Azfilal, Mondigah) toplanmışdır. Zoologiya institutunun kolleksiya materiallarında bu növün Lənkərandan (5.VII.47 L.Axundova); Ağdaşdan (15.VIII.60; Oğuzdan 12.VII.61; Şərurdan, 23.VI.69, S.Əliyev); Beyləqandan (7.VIII.85; Şamaxıdan 1.VII.88 A.Piriyev) toplanmış kəpənəkləri də saxlanılır.

Ədəbiyyat

  • S.Ə.Hacıyeva. Azərbaycanın ayıca (Lepidoptera, Arctiidae) kəpənəkləri (dissertasiya). Bakı: 2005.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Dörd nöqtəli şibyəyeyən: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Dördnöqtəli şibyəyeyən (lat. Litosia quadra) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ