dcsimg

Rüstəmbəy kərtənkələsi ( Azerbaijani )

provided by wikipedia AZ

Rüstəmbəy kərtənkələsi (lat. Darevskia rostombekovi) — Kərtənkələ növü olaraq Əsl kərtənkələlər fəsiləsinə aiddir. Adı gürcüstanlı bioloq V.N.Rüstəmbəyovun şərəfinə adlandırılmışdır[1].

Uzunluğu 5,6 sm və quyruğu isə iki dəfə uzun olur. Başı sıxılmış formaya malikdir. Pulçuqları hamardır. Yuxarı hissəsi qəhvəyi-sarı və ya açıq-qəhvəyi rəngdə olur. Bel hissələrində qözə bənzər şəkil vardır. Bəzilərində isə şəkil güçlə seçilir. Başından boğazı istiqamətində yaşıl-sarı rəngdə zolaq olur. Başının yuxarı hissəsində tünd nöqtələri vardır.

Əsasən quru və çox quru olan qayalıqlarda, nadir dağ bitkilərinin yayıldığı ərazilərdə və 600-1700 m yüksəkliklərə aid olan dağ meşələrdə yayılmışdır. Həşaratlar və kiçik onurğasızlarla qidalanırlar.

Kərtənkələlər erkəklərə ehtiyac duymadan çoxalırlar. Bu növ Partenogenez olduğundan dişilər özləri çoxala bilirlər. 2-4 yumurta qoyurlar və yumurtaların ölçüləri 8×13 mm olur. Yumurta qoyma iyunun sonu və iyulun əvvəlində baş verir. 55 gündən sonra isə yumutadan 2,2-2,3 sm olan balalar çıxır.

Bu növ əsasən Qərbi Azərbaycan (İndiki Ermənistan şimal ərazilərində) və Azərbaycanın qərb ərazilərində yayılmışdır.

İstinadlar

  1. Beolens, Watkins & Grayson, 2009 : The Eponym Dictionary of Reptiles. Johns Hopkins University Press, p. 227
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Rüstəmbəy kərtənkələsi: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Rüstəmbəy kərtənkələsi (lat. Darevskia rostombekovi) — Kərtənkələ növü olaraq Əsl kərtənkələlər fəsiləsinə aiddir. Adı gürcüstanlı bioloq V.N.Rüstəmbəyovun şərəfinə adlandırılmışdır.