dcsimg
Image of Acer pictum subsp. mono (Maxim.) H. Ohashi
Creatures » » Plants » » Dicotyledons » » Soapberry Family »

Acer pictum subsp. mono (Maxim.) H. Ohashi

Xırdayarpaq ağcaqayın ( Azerbaijani )

provided by wikipedia AZ


Xırdayarpaq ağcaqayın (lat. Acer mono)

Təbii yayılması

Yaponiya, Koreya, Çin, Monqoliyada bitir.

Botaniki təsviri

Hündürlüyü 20-25 m-ə çatan, piramidal - şaxələnmiş çətirli, yarpağı tökülən ağacdır. Qabığı hamar, sonradan isə sarı-boz olur. Yarpaqları beş və ya yeddi pərli, eni 8-15 sm, hər tərəfdən yaşıl, zəif və ya mərkəzinədək kəsik, kənarları hamar, alt tərəfi tükcüksüz və ya əsas borucuqlarda yumşaq tükcüklüdür. Pərləri üçkünc, bərabər, ucu bizdir. Saplaqları uzundur. Payızda sarı, qırmızı rəng alır. Çiçəkləri sarı, salxımlara yığılmış, çiçək saplaqlarında 4-6 sm-dir. Yarpaqlarla eyni vaxtda və ya əvvəl əmələ gəlir. Bir ağacda ancaq erkək və ya ancaq dişi çiçəkləri olur. Tumurcuqları qışda tünd qırmızıdır. Aprel-mayda çiçəkləyir, sentyabrda meyvə verir. Meyvəsi cüt- cüt uzanmış qanadcıqlı, eni 1-1,5 sm, uzunluğu 3-3,5 sm, hamar qozanın uzunluğu 1-1,3 sm və eni 8-10 mm-dir. Qanadcıqları müxtəlif bucaqlar altında yerləşmişdir.

Ekologiyası

Meşələrdə, qayalıqlarda, dağlarda, dəniz səviyəsindən 1800 metr hündürlüklərdə bitir. Çox tez uyğunlaşır, nəmişli drenajlı torpaqlarda, zəif günəşli ərazilərdə bitir.

Azərbaycanda yayılması

Bakıda, Gəncədə, Qalaltında mədəni şəraitdə park və bağlarda becərilir.

İstifadəsi

Meyvələri yeməlidir, tərkibində şəkər vardır, müxtəlif siropların hazırlanmasında istifadə edilir. Tək əkinlərdə istifadəsi məqsədəuyğundur.

Mənbə

  • Tofiq Məmmədov, “Azərbaycan dendroflorasi” V cild, Baki, “Elm”, 2019, 370 səh.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Xırdayarpaq ağcaqayın: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ


Xırdayarpaq ağcaqayın (lat. Acer mono)

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ