dcsimg

Euglyphidae ( Azerbaijani )

provided by wikipedia AZ

Euglyphidae (lat. Euglyphidae) — İbtidailərin Imbricatea sinfinə daxil olan fəsilədir.

Xarakterik əlamətləri

Hər yerdə yayılmış xırda orqanizmlərdir. Çanaqları endogen mənşəli silisium lövhəcikləri ilə örtülmüşdür. Mineral hissəciklər və ya başqa eksozgen ünsürləri yoxdur. Girdə və ya ovalvarı idiosomlar bəzən bir-birinin üzərinə çıxaraq düzgün sıralar əmələ gətirir, ya da nizamsız yerləşir. Çanaqları akrostomdur, baş oxun üzərində olan ağızcıq çökməmişdir. O, modifikasiya etmiş idiosomlarla – ağzıyanı lövhəciklərlə hüdudlana bilər. Euglypha cinsinin nümayəndələrində bunlar növ xüsusiyyəti səciyyəsi daşıyır. Başqa hallarda ağızın ətrafında forması düzgün olmayan dişciklər ola bilər. Bu dişciklər idiosomlardan yox, idiosomların altında olan və onları bir-birinə bərkidən üzvi maddələrdən əmələ gəlir. Ağızcığın kənarında hamar və ya dar, şəffaf pərdə şəklində kiçik qalınlaşma ola bilər.[1]

Növləri və yayılması

Azərbaycanda 7 növü aşkar edilmişdir: Euglypha laevis Perty – Lənkəranda arx suyunda, dəmirağacının koğuşunda; E. Mugronata Leidy – Dəvəçi yaxınlığındakı Altıağac kəndində bataqlıqda; E. Alviolata Dujardin – Lənkəranın düyü tarlalarında; E. Giliata Leidy – Lənkəranın düyü tarlalarında; Euglypha sp.1 və Euglypha sp.2 – Lənkəranda sitrusaltı sarı torpaqlarda; Assulina minor Ehrenberg – bulaqda, ağac koğuşunda tapılmışdır [2].

Ədəbiyyat

  1. Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.

Həmçinin bax

Filozey amöblər

Testosefilozey

Qromidalar

İstinadlar

  1. Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.
  2. Popov, 1951
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Euglyphidae: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Euglyphidae (lat. Euglyphidae) — İbtidailərin Imbricatea sinfinə daxil olan fəsilədir.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ