dcsimg

Çapaqlar ( Azerbaijani )

provided by wikipedia AZ


Çapaqlar (Abramis Cuvier, 1816) — çəkilər fəsiləsinə aid olan balıq cinsidir. Bədənin hündürlüyü,yanlardan basıqlığı və anal üzgəci əsasının uzunluğu ilə tanınır.Anal üzgəcinin önü bel üzgəcinin gerisi bərabərindədir.Udlaq dişləri bir cərgəlidir,sayı 5-5,bəzən 6-5,çox nadir hallarda 5-6 olurUdlaq dişlərinin tacı kəsik şəkildədir,çeynəmə səthi isə şırımlıdır.Peysərin gerisində pulcuqla örtülü olmayan şırım və qarın üzgəclərinin gerisində pulcuqla örtülü olmayan omurğa vardır.Anus üzgəci uzun olub ,15-44 şaxəsiz şüaya malikdir.Pulcuqları sıx yerləşir.Cinsin Avropada,Kiçik Asiyada,QafqazdaAral dənizi hövzəsində yayılmış 3 növü vardır.Azərbaycan sularında iki növə mənsub olan iki yarəmnövü yayılmışdır.

Hazırda 1 növü və 1 yarımnövü var:

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ