dcsimg

Tovuz quşu ( Azerbaijani )

provided by wikipedia AZ

Tovuz quşu (lat. Pavo) — toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid quş cinsi. Monotipik növdür, yəni yarımnövlərə ayrılmır. İnsanlar tərəfindən əhliləşdirilib. 2 növü var: Adi tovuz quşu (Pavo cristatus) və Yava tovuz quşu (Pavo muticus).

Asiyada, xüsusən Şri-LankaSumatra adalarında yayılmışdır. Normal inkişaf etmiş fərdin bədəninin uzunluğu 1,00-1,25 m, quyruğu 40-45 sm-ə qədərdir. "Gözcük"lərlə bəzənmiş lələklərlə örtülü quyruqüstlüyü (quyruqdan fərqlidir) 120-130 sm-ə çatır. Dekorativ quş kimi saxlanılır.

Ümumi xarakteristika

Bədəninin uzunluğu 100—125 sm, quyruğunun uzunluğu 40—50 sm-ə, kütləsi 4—4,25 kq-a çatır. Baş, boyun və döşün bir hissəsi göy, bədənin aşağı hissəsi qara rəngdədir. Dişiləri bir qədər kiçik olur və onlarda quyruqüstlüyündəki lələklər olmur.

Çoxalması

Poliqamdır: erkək qrupda 3-5 dişi ilə yaşayır. Cinsi yetkinlik 2-3 yaşlarından başlayır. Apreldən sentyabr ayına kimi cütləşmə baş verir. Dişi yerə 4-10 yumurta qoyur, ildə 3 dəfə yumurtaqoyma baş verir. Kürt yatma müddəti 28 gündür.

Yayılması

Banqladeş, Nepal, Pakistan, Hindistan, Şri-Lanka, eləcə də İranda dəniz səviyyəsindən 2000 m hündürlükdə geniş yayılmışdır. Ormanda və meşəlik ərazilərdə, əkin sahələrində və kəndlərin yaxınlığında yaşayır.

Təsərrüfat əhəmiyyəti

Qədim dövrlərdən etibarən tovuz quşunun lələkləri balıqçılıq mövzusu idi. Orta əsr cangavərləri dəbilgə və şapqaları bəzəmək üçün, qızlar isə bəzək əşyaları düzəltmək üçün tovuz quşunun lələklərindən istifadə edirdilər.

XX əsrin əvvəllərində parkları bəzəmək üçün tovuz quşunu bəzən nadir hallarda saxlayırdılar, elə hesab edilirdi ki, onların xoşagəlməz səsləri və bağlarda yaratdığı zərərlər onun görünüşündəki zövgə uygun gəlmirdi. İndiki vaxtda bəzən dekorativ quş kimi saxlanılır.

Xarici keçidlər

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Tovuz quşu: Brief Summary ( Azerbaijani )