dcsimg

Acremonium cinsi ( Azerbaijani )

provided by wikipedia AZ

Acremonium cinsi — göbələklər aləminin Ascomycota şöbəsinin Hypocreales sırasının Acremonium cinsinə aiddir.

Təsviri və təbii mühiti

Acremonium növləri cosmopolitan,filamentar göbələklərdirlər ki,adətəd bitki qalıqları və torpaqda geniş yayılıblar. Acremonium növlərində cinsi çoxalma müəyyənləşdirilmədiyindən onları bir çox müəlliflər Deuteramycota şöbəsinə aid edirlər. Digərləri isə struktur xüsusiyyətləri Ascomycota şöbəsinə bənzədiyindən onları bu şöbəyə aid edirlər.

Növləri

Xəstəlik törədicisi kimi Acremoniumun əsasən 3 növü geniş yayılıb.Acremonium falciforme, Acremonium kiliense,Acremonium recifeii.

Patogenlik və klinik xüsusiyyətləri

Ağ taxıllarda mikozlar yaradırlar. Nadir hallarda göz xəstəlikləri,endokardit,peritonit,osteomielit və digərlərinin yaranmasına şərait yaradırlar.

Makroskopik xüsusiyyətləri

Acremonium cinsli göbələklərin koloniyaları özünəməxsus sürətlə inkişaf edir və 5 günə tam inkişfa çatırlar. 25C də PDA(Potato dextrose agar-kartoflu qidalı mühit) 7 gün qaldıqdan sonra koloniyaların ölçüsü 1-3 sm olur. Yaşlandıqca koloniyaların səthi sərbəst hiflərin böyüməsi ilkə əlaqədar olaraq pambığabənzər forma ala bilər.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Acremonium cinsi: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Acremonium cinsi — göbələklər aləminin Ascomycota şöbəsinin Hypocreales sırasının Acremonium cinsinə aiddir.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ