dcsimg
Image of Eucalyptus tereticornis subsp. basaltica A. R. Bean
Creatures » » Plants » » Dicotyledons » » Myrtles »

Forest Redgum

Eucalyptus tereticornis Sm.

Çətirvari evkalipt ( Azerbaijani )

provided by wikipedia AZ

Çətirvari evkalipt (lat. Eucalyptus tereticornis) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.

Təbii yayılması

Avstraliya qitəsi və yeni Qvineyada yayılmışdır. Avstraliyada şimali Kvinslend, Tambo çayının sahili və Viktoriyanın şərq sahillərində geniş plantasiyaları vardır.

Botaniki təsviri

Hündürlüyü 45 m və gövdəsinin diametri 1,8 m olan ağacdır. Gövdəsinin qabığı hamar, ağımtıl-sarı rəngli, xallı, nisbətən sərtləşən və töküləndir. Oduncağı tünd qırmızı, düz təbəqəli, sərt və möhkəm, sudan ağırdır. Yarpaqların uzunluğu 10-20 sm, eni 1,2-2,5 sm, tünd yaşıl, mərkəzi damarlanması dəqiq, yan damarlanması qövsvaridir. Yetkin fərdlərin yarpaqları spiralvari olub, saplaqlı, tünd yaşıl və üst səthi parlaq, damarlanması eynidir. Çiçək çətiri qınlı, silindrik və ya yığcam olub, uzunluğu 10-14 mm-dir. Çətirdə 5-12 çiçək yerləşir, çiçək saplağı 11-15 mm, qönçələri nazik, ayaqcıqları buynuzvari və ya konusvari, uzunluğu 5-11 mm, eni 4-5 mm, qapaqcığı konusvaridir. Çiçək yatağı 1,5-2,5 dəfə borucuqdan uzun, köndələn yerləşmiş paralel məsamələri vardır, vəziləri iri həcmli, yumurtavari olub, tozcuğun arxa sahəsində yerləşir. Tozcuğun saplağı 5-6 mm uzunluqda, 3-4 mm enində, qabarıq, bizvari, enli, çıxıntılı diski vardır. Meyvəsi uzunsov və ya şarvaridir.

Ekologiyası

Rütubətli sahələrdə, çay kənarlarında, qumluqlarda bitir. İstiyə davamlıdır, günəş şüasına dözür.

Azərbaycanda yayılması

Dendrologiya İnstitutunda, Lənkəranda təcrübə sahələrində sınaqdan keçirilmişdir. Bir çox rayonlarda mədəni şəraitdə becərilir.

İstifadəsi

Tərkibində efir yağı vardır. Tək əkinlərdə istifadəsi məqsədyönlüdür.

Ədəbiyyat

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Çətirvari evkalipt: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Çətirvari evkalipt (lat. Eucalyptus tereticornis) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ