dcsimg

Qış qarışlayıcısı ( Azerbaijani )

provided by wikipedia AZ

Qış qarışlayıcısı-(lat. Operophthera brumata L.) Buğumayaqlılar tipinin Pulcuqluqanadlılar dəstəsinin Qarışlayıcılar fəsiləsinə aid olan növ

Həyat tərzi

Operophtera brumata, Winter Moth, Trawscoed, North Wales, Oct 2015 (22020995094).jpg

Zərərvericinin kəpənəklərinə hava şəraitindən asılı olaraq payız fəslinin axırı və qış fəslinin əvvəli rast gəlmək olur. Erkək kəpənək qanadları açılmış halda 20-25 mm ölçüdə olmaqla, ön qanadları sarı rəngdə olub, zolaqsızdır. Sap şəkilli bığcıqları vardır. Dişi kəpənəyin qanadları qısa olub, boz rəngdədir. Qanadların üzərində iki zolaq görünür. Pup mərhələsində qışlayır, oktyabrın axırı və noyabrın əvvəllərində puplardan çıxan kəpənəklər 1-2 gün cütləşdikdən sonra yumurta qoymağa başlayırlar. Kəpənəklərin uçuşu 40-45 gün davam edir. Yumurtalar uzunsov oval şəklində olmaqla, sarımtıl-yaşıl rəngdədirlər. Dişi kəpənəklər yumurtalarını topa halında ağacların qabığının çatları arasına və tumurcuqların üzərinə qoyurlar. Hər bir dişi kəpənək 15-25 gün ərzində 250-300-dək yumurta qoya bilir. Yazın başlanğıcında, mart-aprel aylarında yumurtalardan çıxan tırtıllar tumurcuqlarla, sonra isə yarpaqlarla qidalanmağa başlayırlar. Tırtıllar sarımtıl, bəzən də açıq-boz rəngdə olmaqla belinin üst tərəfindən iki zolaq uzanır. Bəzək ağacları üzərində aparılan müşahidələrə əsasən, bitkinin tırtıllar tərəfindən zədələnmiş hissələri torla örtülür. Onlar özlərini xarici təsirlərdən mühafizə etmək məqsədilə torla bir-birinə yapışmış yarpaqlar arasında gizlənirlər. Tırtılların inkişafı 14-200 C temperaturda 20-26 gün çəkir. İyun-iyul aylarında inkişaflarını başa çatdırıb, ifraz etdikləri sap vasitəsilə torpağa düşərək, torpağın 5-10 sm dərinliyində barama hörüb pup halına keçir və 3 ayadək torpağın altında diapauza dövrü keçirir. Kəpənəklərin uçuşu oktyabr-noyabr aylarında başlayır. Yumurta mərhələsində qabığın altında qışlayır.

Yayılması

Keçmiş SSRİ-nin Avropa hissəsi, Qafqaz, Şərqi və Orta Avropa, İslandiya, Yaponiya, qərbi Amerika, Kanada. Azərbaycanda Şamaxı-Qobustan bölgəsində yayılmışdır.

Ədəbiyyat

  • E.F.Səfərova. Abşeronda bəzək bitkilərinə zərərverən cücülər, onların biotənzimlənməsində entomofaqların rolu (Dissertasiya). Bakı, 2013
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Qış qarışlayıcısı: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Qış qarışlayıcısı-(lat. Operophthera brumata L.) Buğumayaqlılar tipinin Pulcuqluqanadlılar dəstəsinin Qarışlayıcılar fəsiləsinə aid olan növ

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ