dcsimg

Ağnöqtəli andrena ( Azerbaijani )

provided by wikipedia AZ

Ağnöqtəli andrena (lat. Andrena albopunctata) - Zərqanadlılar dəstəsinə, Andrenidlər fəsiləsinə aid növ. Andrena cinsinə 2000-dən çox növ daxildir. Azərbaycanda 113 növü yaşayır.

Təsviri

Uzunluğu 15 –16 mm-dir. Bədəni qara, qanadları qara – bənövşəyidir. Başı, belin ön və arxa hissələri, ön və arxa ətrafların baldırları sıx, ağ tüklərlə örtülüdür. Qarıncığın üst tərəfinin yanları sıx ağ tüklü, üstü isə qara tüklüdür. [1]

Yayılması

Aralıq dənizi hövzəsi, CənubiOrta Avropa, Şimali Afrika, Kiçik və Ön Asiya, Əfqanıstan, Rusiyanın Avropa hissəsi, Qafqaz, Qərbi QazaxıstanOrta Asiya dövlətlərində qeyd olunub. Azərbaycanda Kür-Araz ovalığında, Talışda (Zuvand), Gəncənin ətraflarında və Abşeronda rast gəlinir. [2]

Həyat tərzi

Quru biotoplarda yaşayır. Politrof növüdür. 5 fəsiləyə daxil olan bitkiləri tozlayır. Dəniz səviyyəsindən 1900 m hündürlükdə yaşaya bilir. Çox nadir hallarda rast gəlinir.

Məhdudlaşdırıcı amillər

Yaşayış yerlərinin insanlar tərəfindən istifadə edilməsi.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

Bu növə mənsub olan yaşayış yerlərini qorumaq, yol kənarında bitən çiçəkli bitkiləri məhv etməmək.

İstinadlar

  1. Əliyev X.Ə., Yunusov T.M. Azərbaycanın Böyük Qafqaz ərazisində yayılan Andrena cinsinə (Hymenoptera, Apoidae, Andrenidae) mənsub arıkimilər. III hissə, Holandrena, Opandrena, Zonandrena, Taeniandrena, melandrena yarımcinsləri \ Azərbaycan Zooloqlar cəmiyyətinin əsərlər, II cild, 2010, s. 429 - 430;
  2. Алиев Х.А., Алиев А.В. К познанию фауны пчелиных семейства Andrenidae (İnsecta, Hymenoptera, Apoidae) Абшеронского полуострова \ Bakı: Bilgi, kimya, biologiya, tibb, 2, 2004, s. 42;

Ədəbiyyat

  3. Осычнюк А.З. Фауна Украины. т. 12, Пчелиные, вып. 5. Пчелы – андрениды, Киев: Наукова Думка, 1977, с. 203 - 205.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Ağnöqtəli andrena: Brief Summary ( Azerbaijani )