dcsimg
Image of Pinus sylvestris var. hamata Steven
Creatures » » Plants » » Gymnosperms » » Pines »

Pinus sylvestris var. hamata Steven

Kox şamı ( Azerbaijani )

provided by wikipedia AZ

Kox şamı - (lat. Pinus kochiana Klotzsch ex C.Koch.) — şamkimilər fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir - NT. Azərbaycanın nadir mövüdür.[1][2]

Qısa morfoloji təsviri

Hündürlüyü 15-20 (35) m-ə çatan həmişəyaşıl ağacdır. İynəyarpaqları düzdür və yaxud bir qədər əyiləndir, sərtdir, ucları itidir, göyümtül-yaşıl və ya göy rəngdədir. Qozaları qısa-yumurtavari və yaxud uzunsov-ovaldır, qonur-boz rəngdə, parlaqdır, tək-təkdir və yaxud 2-4-ü bir yerdədir. Toxumları bozumtuldur, 4-5 mm-ə qədər uzunluğunda, 2- enindədir, qanadlarının uzunluğu 12-15 mm-dir. [1] [3] [4]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Mart-aprel aylarında tozlanır, qozaları ikinci il yetişir. Ancaq toxumla çoxalır. Tozlanması anemofildir. Soyuğadavamlıdır. Mezokserofitdir. Havanın quraqlığına orta dərəcədə davamlıdır. Torpaq-qrunt şəraitinə az tələbkardır, torpağın şoranlığına davamlı deyildır. Fıstıq, vələstozağacı ilə qarışıq halda, daşlı-qayalı yamaclarda yayılmışdır.[3] [4]

Yayılması

Alazan-Əyricay vadisində Balakən rayonunda Balakənçayın sağ qolları olan Bulanıq və Qaraborsu çaylarının hövzələrində, Göy-göl rayonunda Murovdağ silsiləsinin bir qolu üzərində yerləşmiş Göy-gölün şərq sərhəddində, Naxçıvanın Biçənək meşəsi ərazisində və Keçəldağ yaxınlığındakı palıd meşəliyində rast gəlinir.[3][4][5]

Sayı və tendensiyası

Geniş yayılma ərazilərinin mövcudluğuna baxmayaraq, antropogen amillərin təsirlərinə məruz qalır. Azərbaycanda ən geniş massivi Göy-göl Milli Parkında 150 hektara yaxın ərazidədir.

Məhdudlaşdırıcı amillər

Meşələrin sistemsiz kəsilməsi, yanğınlar, enliyarpaqlı cinslərlə əvəz olunması, təbii bərpanın zəif olması.

Mühafizə tədbirləri

Göy-göl Milli Parkında və Zaqatala Dövlət Təbiət Qoruğunda mühafizə olunur. Mövcud ağacların mühafizəsi gücləndirilməlidir.

Sinonimləri

Pinus armena K. Koch

Pinus hamata (Steven) Sosn.

Pinus sosnowskyi Nakai

Pinus sylvestris ssp. hamata (Steven) Fomin

Pinus sylvestris ssp. kochiana (Klotzsch ex K. Koch) Eliçin

Mənbə

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.

http://dendrologiya.az/?page_id=112

İstinadlar

  1. 1,0 1,1 Azərbaycan Respublikasının Qırmızı kitabı " Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri " II nəşr, Bakı 2013
  2. http://redbook.az/?options=project&id=Kox%20%C5%9Fam%C4%B1
  3. 3,0 3,1 3,2 Prilipko L.İ. 1961
  4. 4,0 4,1 4,2 Azərbaycan SSR-in Qırmızı Kitabı, 1989
  5. Naxçıvan MR-in Qırmızı Kitabı, 2010
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Kox şamı: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Kox şamı - (lat. Pinus kochiana Klotzsch ex C.Koch.) — şamkimilər fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir - NT. Azərbaycanın nadir mövüdür.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Pinus sylvestris var. hamata ( French )

provided by wikipedia FR

Pinus kochianaPin de Koch

Pinus sylvestris var. hamata, aussi connu sous le nom de Pinus kochiana ou pin de Koch est une espèce de pins présente principalement en Géorgie, dans les régions historiques d'Adjarie et de Djavakhétie. Il doit son nom au botaniste allemand Karl Koch qui explore le Caucase dans la première moitié du XIXe siècle.

Pinus kochiana est représenté sur une pièce de 200 dram arménien de 2014[3].

Liste des variétés

Selon Tropicos (18 décembre 2018)[4] :

  • variété Pinus kochiana var. parviflora (Fomin) Grossh.

Notes et références

Références taxinomiques

Pinus sylvestris var. hamata

Pinus kochiana

license
cc-by-sa-3.0
copyright
Auteurs et éditeurs de Wikipedia
original
visit source
partner site
wikipedia FR

Pinus sylvestris var. hamata: Brief Summary ( French )

provided by wikipedia FR

Pinus kochiana • Pin de Koch

Pinus sylvestris var. hamata, aussi connu sous le nom de Pinus kochiana ou pin de Koch est une espèce de pins présente principalement en Géorgie, dans les régions historiques d'Adjarie et de Djavakhétie. Il doit son nom au botaniste allemand Karl Koch qui explore le Caucase dans la première moitié du XIXe siècle.

Pinus kochiana est représenté sur une pièce de 200 dram arménien de 2014.

license
cc-by-sa-3.0
copyright
Auteurs et éditeurs de Wikipedia
original
visit source
partner site
wikipedia FR