dcsimg
Image of Pond-Cypress
Creatures » » Plants » » Gymnosperms » » Cypress Family »

Bald Cypress

Taxodium distichum (L.) Rich.

Adi bataqlıq sərvi ( Azerbaijani )

provided by wikipedia AZ

Adi bataqlıq sərvi Şimali Amerika da təbii halda bitir. Hündürlüyü 30–35 m-ə çatan, dekorativ ağacdır. Hər il qışda iynəyarpaqlarını tökən bu ağac sonradan özünəməxsus çətir əmələ gətirir. Yarpaqları xətvarı-neştərvarı və ya ensiz-xətvarıdan qabıqşəkilliyə qədər, tək, çox vaxt cod və iynəli, əsasən spiral yerləşmiş, bəzən qarşılıqlı, bir damarcıqlıdır. Qabıqların aşağı kənarları qalın və ya dişciklidir. Strobilləri bir evli, erkək strobilləri-xırda, ucda və ya qoltuqda, mikrosporofilləri spiral şəklində yerləşir. Rüşeymi 2-9 ləpəlidir. Erkək sünbülcükləri 15 sm uzunluğunda olub, salxım formasındadır. Hər sünbülcükdə 3-8 tozcuq olur. Dişi sünbülcükləri yumrudur, budaqların ucunda tək-tək yerləşirlər. Toxumları ensiz qanadlıdır, uzunluğu 15 mm-ə qədər, üç hissəli çox qalın, oduncaqlı qabıqlıdır. Toxum pulcuqlarında 2 yumurtacıq olur. Qozaları birinci il yetişir, tünd-qonur, şarşəkillidir. Qozaların uzunluğu 3 sm-ə çatır, formaca yumru və ya uzunsovdur. Zəif boy atır, uzunömürlüdür. İşıqsevən, şaxtaya davamlıdır, rütubətli, gilli, qumlu, az çimləşmiş torpaqlara davamlı, əhəngli torpaqlara, davamsızdır. BalakənZaqatala rayonlarında yaxşı böyüyüb boy atır. Bakı da Mərkəzi Nəbatat Bağında introduksiya edilmişdir. Respublikanın bir çox subtropik iqlimli bölgələrində mədəni şəraitdə becərilir. Tək-tək, qrupla əkmək və xiyabanlar salmaq üçün istifadə edilir.

Məlumat mənbələri:

Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.

İstinadlar

  1. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Adi bataqlıq sərvi: Brief Summary ( Azerbaijani )