dcsimg

Livan gürzəsi ( Azerbaijani )

provided by wikipedia AZ

Gürzə və ya Livan gürzəsi (lat. Macrovipera lebetina) — Nəhəng gürzə cinsinə aid ilan növü.

Görünüşü

Gürzələr fəsiləsinin ən iri nümayəndəsidir. Onun quyruğu ilə birlikdə uzunluğu 2 metr, çəkisi isə 3 kq təşkil edir. Gözləri iri və genişdir. Başı yumrudur. Yuxarı hissəsi boz-qəhvəyi tondadır. Bəziləri vardır ki, bütünlüklə qara və qəhvəyi rəngdə olur.

Yayılması

Gürzə Şimal-Qərbi Afrika, Aralıq dənizi sahili ərazilər, qərbi, oerta və cənubi Asiya ərzilərində yayılmışlar. İordan çayının qərb sahillərində, İsrail, İran, İraq, Türkiyə, Əfqanıstan, Azərbaycan, Dağıstan və nadir hallarda isə Qazaxıstan rast gəlinir. Azərbaycanda əsasən Abşeron yarımadasında rast gəlinir.

Həyat təzi

Gürzələrə əsasən dağ çölləri, səhralar, yarımsəhralar, çay dərələrərində rast gəlinir. Pamirdə 2500 metr yüksəkliklədə, Türkmənistanda 2000 metrdə belə yaşaya bilir. Qışlamadan mart-aprelin əvvələrində qayıdır. Onların fəallığı üçün +10° lazımdır. Qışlamaya gedərkən qruplar halında 12 baş olmaqla birliklər təşkil edirlər. Gürzələr üzümlüklərdə belə görünürlər. Burada onlar insanlar ziyan vuran qarğaları ovlayırlar. Onlar yumurta qoymaqla çoxalırlar. Yumuta qoyma iyunun sonu, avqustun əvvəlırinə tsadüf edir. Gürzələr 8-25 olmaqla yumurta qoyur. Sentyabrda yumurtadan balalar çıxır. Onların uzunluğu 276 mm, çəkiləri 11 q təşkil edir. Zəfəri çox təhlükəlidir. Adamı öldürməyə yetərlidir. Əvvələr Zirədə ilan zəhərini toplayan müəsisə fəaliyyət göstərirdi.

Klassifisiya

Əvvələr gürzələr Əsl gürzələr cinsinə aid edilirdi. Hazırda isə Nəhəng gürzə aid edilir. Ümumilikdə 6 yarımnövü vardır:

  • Macrovipera lebetina lebetinaKipr adasında.
  • Macrovipera lebetina cernovi
  • Macrovipera lebetina obtusaCənubi Qafqaz gürzəsi[1] Dağıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, İran, İraqSuriya
  • Macrovipera lebetina peilei — Tam dəqiqləşdirilməmiş yarımnöv
  • Macrovipera lebetina transmediterranea
  • Macrovipera lebetina turanicaOrta Asiya gürzəsi - Qazaxıstan, Tacikistan, Pakistan və Əfqanıstan və Hindistan.

Mənbə

  • Систематический список позвоночных животных в зоологических коллекциях на 01.01.2012 // Андреева Т. Ф., Вершинина Т. А., Горецкая М. Я., Карпов Н. В., Кузьмина Л. В., Остапенко В. А., Шевелёва В. П. Информационный сборник Евроазиатской региональной ассоциации зоопарков и аквариумов. Выпуск № 31. Том II. Межвед. сбор. науч. и науч.-метод. тр. / Под ред. В. В. Спицина. — М.: Московский зоопарк, 2012. — С. 299. — 570 с. ISBN 978-5-904012-37-3 PDF
  • license
    cc-by-sa-3.0
    copyright
    Vikipediya müəllifləri və redaktorları
    original
    visit source
    partner site
    wikipedia AZ

    Livan gürzəsi: Brief Summary ( Azerbaijani )

    provided by wikipedia AZ

    Gürzə və ya Livan gürzəsi (lat. Macrovipera lebetina) — Nəhəng gürzə cinsinə aid ilan növü.

    license
    cc-by-sa-3.0
    copyright
    Vikipediya müəllifləri və redaktorları
    original
    visit source
    partner site
    wikipedia AZ