Qrossheym armudu - (lat. Pyrus grossheimii Fed.) Gülçiçəklilər – (Rosaceae Juss.) fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Kritik təhlükə həddində olanlar” kateqoriyasına aiddir –CR A4 cd; C1. Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir. [1][2]
16 m-ə qədər boyunda ovalvari və ya uzunsov çətirli ağacdır. Yarpaqları yumurtavari və ya ellpsvari, iti dişli, uc tərəfi adətən uzunsov itidir, kənarları xırda dişlidir; 8-10 sm uzunluğunda, 4-5 sm enindədir; üstdən çılpaq və parıldayan, alt hissədən tutqun rənglidir; saplağı nazik, 10 sm-ə qədər uzunluğundadır. Meyvələri xırdadır, eni və uzunu 2-2,5 sm, kürəvari və ya oval-kürəvaridir, çətirşəkilli qalxancığa toplanmışdır; onların saplağı meyvədən 2-3 dəfə uzundur.[2][3]
Aprel ayında çiçəkləyir. Meyvələri avqust-sentyabr aylarında yetişir. Tozlanması-entomofildir. Toxumla və kök pöhrələri ilə çoxalır. Yuxarı dağ qurşağında palıd meşələrindəki talalarda rast gəlinir. Qiymətli qida bitkisidir.
Lənkəran ovalığı (Astara rayonu-Anbobu kəndi; Lənkəran rayonu –Daşdatük və Xanbulan kəndləri) və Lənkəranın dağlıq hissəsi (Lerik).[4][5]
İtmə təhlükəsi altında olan yeganə lokaliteti mövcuddur, populyasiyanın sayı sürətlə azalır.
Yetişmədən əvvəl gəmiricilərvə quşlar tərəfindən yeyilir. Mal-qara ilə otarılması təbii bərpanı çətinləşdirir.
Hirkan Milli Parkında mühafizə olunur.
Qrossheym armudu - (lat. Pyrus grossheimii Fed.) Gülçiçəklilər – (Rosaceae Juss.) fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Kritik təhlükə həddində olanlar” kateqoriyasına aiddir –CR A4 cd; C1. Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir.