dcsimg

Dəlibəng ( азерски )

добавил wikipedia AZ

Dəlibəng, Tatala (lat. Datura)[1] - badımcankimilər fəsiləsinə aid bitki cinsi.[2]

Haqqında

Dəlibəng - Qaragilə fəsiləsinə aid olan birillik bitkidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, yumurtavari formadadır. Meyvəsi tikanlı qutu formasında olub şara oxşayır, toxumu qara-qonur qəhvəyi rəngdə olub böyrəyə bənzəyir.

Dəlbəng başlı-başına buraxılmış, çürümüş torpaq və peyinlə zəngin olan torpaqda, bağça və bostanda bitir. Tərkibində atropin, hiostiamin skopalamin alkaloidləri vardır. Bitkinin bütün hissələri, xüsusilə meyvələri daha kəskin zəhərlidir. Körpə heyvanlar üçün təhlükəlidir. Üfunətli iyi olduğuna görə iri heyvanlar dəlibəngi nadir hallarda yeyir.

Azərbaycanda, demək olar ki, hər yerdə rast gəlinir. Yarpaqlarinda 0.3-0.75 faiz zeherli alkoloidler:hiosiamin,skopolamin vardir.Eyni zamanda govdesinde 0.15 faiz ,kokundə 0.12-0.27 faiz, toxumlarinda ise 16- 25 faiz yag, 0.22 faiz alkaloid vardir.

Toksikodinamikası

Dəlibəng, xanımotu və bat-batla zəhərlənmənin təsir mexanizmi, zəhərlənmənin əlamətləri çox oxşardır. Belə ki, bunların əsl təsir göstərən birləşmələri eyni tipli alkoloidlərdən (atropin, hiostiaminmərkəzi sinir sistemini (baş, uzunsov beyin) kəskin qıcıqlandırır. Bu maddələrin təsirindən baş beynin fəaliyyət koordinasiyası pozulur. Xüsusilə ürək və bağırsaqlarda qeyd olunan pozğunluqlar daha səciyyəvidir.

Zəhərlənmənin əlamətləri

Xəstələrdə ağız boşluğunun quruması, kəskin sinir oyanması, ürəyin tıqqıltılı vurğusu, bədən hərarətinin artması, şiddətli hirsli tutmalar, qıc əlamətləri, bəbəyin genişlənməsi, ümumi vəziyyətin pozulması, bağırsaqların peristaltikasının yavaşıması və timpaniyanın inkişafı kimi əlamətlər müşahidə olunur. Ölüm tənəffüs mərkəzinin iflicindən baş verir.

Növləri

Azərbaycanın dərman bitkiləri

Digər növləri

Mənbə

  • S.Tağıyev. Bitkilərin müalicəvi və toksioloji əhəmiyyəti.Möcüzəli bitkilər. Bakı,2009, səh.82-83.
  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
Inula britannica.jpeg İkiləpəlilər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
лиценца
cc-by-sa-3.0
авторски права
Vikipediya müəllifləri və redaktorları
изворно
посети извор
соработничко мреж. место
wikipedia AZ

Dəlibəng: Brief Summary ( азерски )

добавил wikipedia AZ

Dəlibəng, Tatala (lat. Datura) - badımcankimilər fəsiləsinə aid bitki cinsi.

лиценца
cc-by-sa-3.0
авторски права
Vikipediya müəllifləri və redaktorları
изворно
посети извор
соработничко мреж. место
wikipedia AZ