dcsimg

Prilipko süsəni ( азерски )

добавил wikipedia AZ

Prilipko süsəni (lat. Iris prilipkoana Kem. –Nath.). Süsənkimilər - (İridaceae Juss.) fəsiləsinə aid bitki növü.[1]

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.[2]

Qısa morfoloji təsviri

Çoxillik ot bitkisidir. Kökümsovu yoğun, üfüqi, gövdəsi 35—60 sm-dir. Yarpaqlar hamar, xətvari, 10—15 mm enində, sivri, adətən uzun, bəzən gövdəyə bərabərdir. Təpə yarpaqları yumurtavari-neştərşəkilli, təpə hissəsi və kənarları pərdəlidir. Çiçək qrupu 2-3 iri, mavi, bənövşəyi çiçəklərdən ibarətdir. Çiçəkyanlığının xarici tərəfi 5-7 sm uzunluğunda, enli, oval, daxili tərəf xarici tərəfdən qısa uzunsov-yumurtavari, təpə hissəsi dairəvi və ya xarici tərəf oyuqludur. Sütuncuğun tərəfi çiçəkyanlığının xarici tərəfinin dırnaqcığına bərabərdir, uzunsov, yumurtavari dişcikli, kürəklidir. Tozcuq parlaq-bənövşəyi, yumurtalıq silindirvari, 6 qabırğalıdır. [3][2]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləmə iyul ayına təsadüf edir. Kökümsov və toxum vasitəsilə çoxalır. Orta dağ qurşağında dağ yamaclarında və meşə talalarında yayılmışdır. Mezokserofitdir. [3] [4] [5]

Yayılması

Naxçıvanın dağlıq ərazisi. [3] [6] [7][8] [5]

Sayı və tendensiyası

Populyasiyalarda azalma tendensiyası müşahidə olunur. [9]

Məhdudlaşdırıcı amillər

Otarılma, tapdalanma və əhali tərəfindən yığılması nəticəsində yaşama ərazisi məhdudlaşır.[6] [9]

Mühafizə tədbirləri

Mühafizəsi üçün tədbirlər görülməmişdir. Yeni yayılma ərazilərinin axtarılması, yasaqlıqların yaradılması vacibdir. [4] [9]

Sinonimlər

Iris demetrii Achv. & Mirzoeva

Iris spuria ssp. demetrii (Achv. & Mirzoeva) Mathew

İstinadlar

  1. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri. II nəşr. Bakı-2013.
  2. 2,0 2,1 http://redbook.az/?options=project&id=Prilipko%20s%C3%BCs%C9%99ni
  3. 3,0 3,1 3,2 Флора Азербайджана, 1952
  4. 4,0 4,1 Hacıyev V.C., İbrahimov Ə.Ş., 1981
  5. 5,0 5,1 Salayeva Z.K., 2006
  6. 6,0 6,1 Azərbaycan SSR-in Qırmızı kitabı, 1989
  7. Конспект Флоры Кавказа, 2006
  8. Ибадлы О.В. 2005;
  9. 9,0 9,1 9,2 Qaraxani P.X., 2013
лиценца
cc-by-sa-3.0
авторски права
Vikipediya müəllifləri və redaktorları
изворно
посети извор
соработничко мреж. место
wikipedia AZ

Prilipko süsəni: Brief Summary ( азерски )

добавил wikipedia AZ

Prilipko süsəni (lat. Iris prilipkoana Kem. –Nath.). Süsənkimilər - (İridaceae Juss.) fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

лиценца
cc-by-sa-3.0
авторски права
Vikipediya müəllifləri və redaktorları
изворно
посети извор
соработничко мреж. место
wikipedia AZ