XVIII əsrin ortalarından dekorativ bitki kimi becərilir.
Hündürlüyü 6 m-dək olan, şaxələnmiş çətirli və budaqları iynəli ağac və ya koldur. Meyvələri iri, şarşəkilli, diametri 3-4 sm, kasacığı yapışıq, qısa üçkünc hissəlidir.Tez böyüyür. 30 günədək bol çiçəkləyir. Toxum, kök və yaşıl qələmlərlə, zoğlarla çoxalır.
Dəniz səviyyəsindən 1900 metr hündürlükdə bitir. İşıqlı qarışıq meşələrdə, daşlı-qayalı quru yamaclarda, aşağı və orta dağ qurşaqlarında, çay vadilərində rast gəlinir. Soyuğa quraqlığa, küləyə, işığa davamlıdır. Torpağa tələbkar deyil, ancaq drenajlı və nəmişli torpaqlarda yaxşı inkişaf edir. Bir az kölgələnməyə dözür.
Naxçıvan MR-da yabanı halda bitir.
Tək və qrup əkinlərində, yamacların bərkidilməsində istifadə edilir. Bol çiçəklənməsi və yarpaqlarının tez açılmasına görə dekorativ bitkidir. Qida bitkisidir, meyvəsindən kompot, cem, mürəbbə, spirtli içkilər hazırlanır. Soyuq dəymədə, boğaz ağrısında, öskürəkdə, nəfəs yollarının təmizlənməsində ondan hazırlanmış ekstratlardan istifadə edilir.