dcsimg

Gavalı mənənəsi ( азерски )

добавил wikipedia AZ

Gavalı mənənəsi (lat. Hyalopterus pruni Geoffr.) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ.

Xarici quruluşu

Gavalı mənənəsinin qanadsız yetkin formaları solğun yaşıl rəngdədir və bədəni üzərində uzununa doğru üç tutqun yaşıl zolaq var. Onun baş hissəsi uzunsov formada olub, üzəri ağ mum təbəqəsi ilə örtülmüşdür. Döşdə və qarıncıqda iki cərgədə ağ nöqtələr düzülmüşdür. Bədənin uzunluğu 2,5-3 mm-dir. Qanadlı fərdlərində baş və döş qaradır, mumabənzər boz təbəqə ilə örtülüdür. Qarıncığı yaşıldır. Sürfəsi yetkin fərdlərdən kiçikdir və xarici görünüşlərinə görə onlara bənzəyir. Yumurtası kiçik, qara rəngdə və uzunsov olur.

Həyat tərzi

Gavalı mənənəsi köçəri mənənədir, onun həyatının bir hissəsi qidalandığı meyvə ağacları, qalanı isə qamış bitkisi üzərində keçir. Bu zərərvericinin mayalanmış yumurta mərhələsində gavalı, şaftalı və ərik ağaclarının tumurcuqlarının kənarlarında, yaxud da qabıq çatlarının arasında qışlayır. Erkən yazda (mart ayının sonu, aprel ayının əvvəlində) qışlamış yumurtalardan çıxan sürfələr yenicə açılmağa başlayan tumurcuqlara keçərək, onların daxili möhtəviyyatını sorurlar. Ağacların çiçəklənməsinin sonuna qədər, yumurtadan çıxan sürfələrin inkişafı başa çatır və nəsli davam etdirən dişi fərdlərə çevrilirlər. Bu fərdlər diri sürfə doğur. Adətən, birinci nəsil sürfələrinin sayı çox olmur. İkinci nəsildən başlayaraq sürfələrin miqdarı xeyli artır və yarpaqlar üzərində koloniyalar halında yaşayırlar. İyun ayından etibarən bu nəslin qanadlı formalarının bir hissəsi arxların kənarlarında olan qamış bitkisi üzərinə keçib, orada yeni nəslin başlanğıcını əmələ gətirirlər. Beləliklə, gavalı mənənəsi bütün yay dövründə həm meyvə ağacları, həm də qamış bitkisi üzərində eyni vaxtda inkişaf edir. Sentyabr- oktyabr aylarında, qamış bitkisi üzərində mənənənin nəsli davam etdirən fərdləri o qədər də məhsuldar olmur[1]. Onlar bir ay yaşama müddətində 10-a qədər yumurta qoyub, sonra ölürlər. Formalaşmış sürfələr inkişaf edib, normal dişi fərdlərə çevrilirlər. Onlar erkək fərdlərlə cütləşir, mayalanır və 10-12 gün müddətində 5-ə qədər yumurta qoyaraq, üzərini mumabənzər kütlə ilə örtürlər. Bu yumurtalar qışlayır. Gavalı mənənəsi çəyirdəkli meyvə ağaclarının ciddi zərərvericisidir. Ağacların onunla yoluxması nəticəsində yarpaqlar bükülür. Belə yarpaqlarda fotosintez səthinin sahəsi kəskin azalır, hətta bəzi hallarda yarpaq və çiçəklər kütləvi şəkildə yerə tökülür. Digər tərəfdən aşkar edilmişdir ki, mənənə qidalandığı zaman yapışqanlı maddə ifraz edir. Bu maddənin üzərində saprofit göbələklər inkişaf edərək çoxalır, budaqları və yarpaqları çirkləndirərək məhv edir.

Yayılması

Gavalı mənənəsi gavalı, şaftalı, ərik, badam, alça və digər çəyirdəkli meyvə ağaclarına zərər verməklə, Şəki-Zaqatala zonasının meşə və meyvə sahələrində geniş yayılmışdır.

İstinadlar

  1. Elnarə Muradovanın dissertasiyası, 2014

Ədəbiyyat

  • Elnarə Muradovanın dissertasiyası, 2014
лиценца
cc-by-sa-3.0
авторски права
Vikipediya müəllifləri və redaktorları
изворно
посети извор
соработничко мреж. место
wikipedia AZ

Gavalı mənənəsi: Brief Summary ( азерски )

добавил wikipedia AZ

Gavalı mənənəsi (lat. Hyalopterus pruni Geoffr.) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ.

лиценца
cc-by-sa-3.0
авторски права
Vikipediya müəllifləri və redaktorları
изворно
посети извор
соработничко мреж. место
wikipedia AZ