dcsimg

Yelpikqanadlılar ( азерски )

добавил wikipedia AZ

Yelpikqanadlılar (lat. Strepsiptera) - Tam çevrilmə ilə inkişaf edən həşəratlar (lat. Endopterygota) dəstəüstünə aid dəstə.

Ümumi məlumat

Düzqanadlılarda, bərabərqanadlılarda və pərdəqanadlılarda parazitlik edən xırda cücülərdir. Yelpikqanadlıları kəskin ifadə olunmuş cinsi dimorfizim səciyələndirir. Erkəklər imaqo mərhələsində sərbəst yaşayandır, bədənləri normal olub, baş, döş və qarıncığa bölünmüşdür. Bədənin uzunluğu 1–7 mm-dir. Başı gödək, güclü şəkildə köndələndir. Bığcıqları yaxşı inkişaf etmişdir, 4-7 buğumdan ibarətdir. Ağız orqanları reduksiya olunmuşdur. İki cüt qanadı var. Ön qanadları gödək, ensiz, sıx lövhəciklər şəklində reduksiya olunmuşdur. Arxa qanadları böyükdür, az sayda uzununa damarları vardır. Qanadların açılışı 2–8 mm-dir. Sakit vəziyyətdə qanadlar yelpikvari yığılır, dəstənin adı da buradandır. Yelpikqanadlıların özünə məxsus həyat tərzi vardır. İnkişaf hipermetamorfozludur. Çox hərəkətli olan erkəklər sahibin və dişinin bədənini deşərək, bədən boşluğuna sperma yeritməklə dişini mayalandırırlar[1].

Təsnifatı

  • Mengenillidia
    • Mengeidae
    • Mengenillidae
  • Stylopidia
    • Bohartillidae
    • Callipharixenidae
    • Corioxenidae
    • Elenchidae
    • Halictophagidae
    • Myrmecolacidae
    • Stylopidae

İstinad

  1. Azərbaycanın heyvanlar aləmi. II cild. Buğumayaqlılar tipi. Bakı: Elm, 2004, (388 s.) səh. 190.

Mənbə

лиценца
cc-by-sa-3.0
авторски права
Vikipediya müəllifləri və redaktorları
изворно
посети извор
соработничко мреж. место
wikipedia AZ

Yelpikqanadlılar: Brief Summary ( азерски )

добавил wikipedia AZ

Yelpikqanadlılar (lat. Strepsiptera) - Tam çevrilmə ilə inkişaf edən həşəratlar (lat. Endopterygota) dəstəüstünə aid dəstə.

лиценца
cc-by-sa-3.0
авторски права
Vikipediya müəllifləri və redaktorları
изворно
посети извор
соработничко мреж. место
wikipedia AZ