dcsimg

Tripidlər ( azéri )

fourni par wikipedia AZ

Tripidlər fəsiləsi-(lat. Thripidae) Buğumayaqlılar tipinin Saçaqlıqanadlar dəstəsinə aid olan fəsilə.

Xarici görünüşü

Bığcıqları 6-9 buğumludur. Son buğumlar ensiz olub, qrifel və ya stilus adlanır. Bığcığın 8-ci və 4-cü buğumlarının trixomaları, bir qayda olaraq cütdür və ümumi kökdən kənarlara ayrılır. Qanadları ensiz, ucları itidir. Qanadın kostal kənarında uzun tükcüklərdən saçaq vardır. Qabaq qanadda iki uzununa və bir kənar damar vardır. Qanadsız formalara da rast gəlinir. Yumurtaqoyan aşağı əyilmişdir. Sürfələrin bığcığı 6 buğumlu, yalnız Heliothripinae yarımfəsiləsində 7 buğumludur. 2-ci yaş sürfələrinin bığcığı 1-ci yaşa nisbətən daha az dartılmışdır. Sürfələrin önkürəklərində 4 önkənar, 2 cüt lateral və 6 arxakənar qıllar vardır.[1]

Həyat tərzi

Növlərlə zəngin olan Thrips cinsi (14 növ) mədəni bitkilərin ziyanvericisidir. Bu cinsdən ən təhlükəli növ – tütün tripsidir. Fəsilənin adi və geniş yayılmış nümayəndələri Fronulinella cinsinə aiddir. Məsələn, F. intonsa Trybon pambıq, dənli, meyvə-tərəvəz bitkilərinin, eləcə də bir çox alaq otlarının çiçəklərində qidalanır. Təbiətdə apreldən oktyabra qədər rast gəlinir.

Yayılması

MDB-də 129 növ, Azərbaycanda 7 cinsdən 32 növ yaşayır (Franklinella, Aptinothrips, Kareothrips, Thaeniothrips, Odontothrips, Thrips, Scolothrips cinsləri).

Təsnifatı

Cinslər

Ədəbiyyat

  • Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004

Həmçinin bax

Yumurtaqoyanlar yarımdəstəsi

Aolotripidlər

Floeotripidlər

Xarici keçidlər

İstinadlar

  1. Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004
licence
cc-by-sa-3.0
droit d’auteur
Vikipediya müəllifləri və redaktorları
original
visiter la source
site partenaire
wikipedia AZ

Tripidlər: Brief Summary ( azéri )

fourni par wikipedia AZ

Tripidlər fəsiləsi-(lat. Thripidae) Buğumayaqlılar tipinin Saçaqlıqanadlar dəstəsinə aid olan fəsilə.

licence
cc-by-sa-3.0
droit d’auteur
Vikipediya müəllifləri və redaktorları
original
visiter la source
site partenaire
wikipedia AZ