dcsimg

Adi moruq ( azéri )

fourni par wikipedia AZ

Adi moruq (lat. Rubus idaeus L.) – gülçiçəklilər fəsiləsinə mənsub olub, çoxillik giləmeyvəli bitkidir. Qırmızı moruq yabanı formada Azərbaycanın dağlıq yerlərində, meşə açıqlıqlarında, çayların kənarlarında, dərələrdə və bir qədər rütubətli torpaqlarda bitir.

Moruq iyunda çiçəkləyir. Ağ rəngli ətirli çiçəkləri 1ay müddətində açılır. Külli miqdarda çiçəkləmə isə 2 həftə davam edir. Meyvələri çiçək açdıqdan 35-40 gün sonra, yəni iyul-avqustda yetişir. Meyvəsinin rəngi tünd qırmızı, açıq qırmızı, ağımtıl-sarı olur, yetişəndə tez tökülür. Meyvəsi yumru, oval və yastı-yumru formada olur. Dadı şirin, meyxoş və ətirlidir. Iri özək üzərində xırda meyvəciklər yerləşmişdir. Hər meyvəciyin üzərində isə bir ədəd nazik sarı tük vardır. Moruğun tərkibində 3-11% şəkər (qlükoza, fruktoza, pentoza), 1- 2% üzvi turşu (salisil, alma, limon, şərab) və onların duzu, 0,5-2,8% pektinli maddə, 6% sellüloza, 2,7% pentozanlar, 0,1-0,3% aşılayıcı, 0,8- 1,9% azotlu, 0,4-0,8% minerallı maddə vardır. 2-29 mq% C vitamini, karotin və B qrupu vitaminləri vardır.

Moruğun meyvələri tam yetişdikdə yığılır. Təzə halda yeyilir. Ondan mürəbbə, kompot, şərbət, kisel, marmelad, pastila, nastoyka, spirtli içki, likör, şərab, sərinləşdirici içkilər və s. hazırlanır. Moruğu qurudub dərman kimi istifadə edirlər. Xalq təbabətində moruq meyvəsini çay kimi dəmləyib soyuqdəymədə tərlədici dərman kimi işlədirlər. Elmi təbabətdə ödqovucu dərman kimi də dəmləmə və bişirilmələr şəklində istifadə edilir. Təzə dərilmiş moruq meyvəsindən hazırlanan moruq mürəbbəsi və şərbəti böyrək xəstəliyinin və soyuqdəymənin yaxşı dərmanıdır.

Moruq həm də balverən bitkidir. 1 hektar moruq sahəsindən arılar 100 kq bal hasil edə bilirlər. Yabanı moruq bir çox mədəni moruq sortları üçün əcdad hesab edilir.[1]

Mənbə

  1. Ə-C.İ.Əhmədov, N.T.Əliyev. Meyvə və tərəvəzin əmtəəşünaslığı (Dərslik). — Bakı, 2009.
Inula britannica.jpeg İkiləpəlilər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
licence
cc-by-sa-3.0
droit d’auteur
Vikipediya müəllifləri və redaktorları
original
visiter la source
site partenaire
wikipedia AZ

Adi moruq: Brief Summary ( azéri )

fourni par wikipedia AZ

Adi moruq (lat. Rubus idaeus L.) – gülçiçəklilər fəsiləsinə mənsub olub, çoxillik giləmeyvəli bitkidir. Qırmızı moruq yabanı formada Azərbaycanın dağlıq yerlərində, meşə açıqlıqlarında, çayların kənarlarında, dərələrdə və bir qədər rütubətli torpaqlarda bitir.

Moruq iyunda çiçəkləyir. Ağ rəngli ətirli çiçəkləri 1ay müddətində açılır. Külli miqdarda çiçəkləmə isə 2 həftə davam edir. Meyvələri çiçək açdıqdan 35-40 gün sonra, yəni iyul-avqustda yetişir. Meyvəsinin rəngi tünd qırmızı, açıq qırmızı, ağımtıl-sarı olur, yetişəndə tez tökülür. Meyvəsi yumru, oval və yastı-yumru formada olur. Dadı şirin, meyxoş və ətirlidir. Iri özək üzərində xırda meyvəciklər yerləşmişdir. Hər meyvəciyin üzərində isə bir ədəd nazik sarı tük vardır. Moruğun tərkibində 3-11% şəkər (qlükoza, fruktoza, pentoza), 1- 2% üzvi turşu (salisil, alma, limon, şərab) və onların duzu, 0,5-2,8% pektinli maddə, 6% sellüloza, 2,7% pentozanlar, 0,1-0,3% aşılayıcı, 0,8- 1,9% azotlu, 0,4-0,8% minerallı maddə vardır. 2-29 mq% C vitamini, karotin və B qrupu vitaminləri vardır.

Moruğun meyvələri tam yetişdikdə yığılır. Təzə halda yeyilir. Ondan mürəbbə, kompot, şərbət, kisel, marmelad, pastila, nastoyka, spirtli içki, likör, şərab, sərinləşdirici içkilər və s. hazırlanır. Moruğu qurudub dərman kimi istifadə edirlər. Xalq təbabətində moruq meyvəsini çay kimi dəmləyib soyuqdəymədə tərlədici dərman kimi işlədirlər. Elmi təbabətdə ödqovucu dərman kimi də dəmləmə və bişirilmələr şəklində istifadə edilir. Təzə dərilmiş moruq meyvəsindən hazırlanan moruq mürəbbəsi və şərbəti böyrək xəstəliyinin və soyuqdəymənin yaxşı dərmanıdır.

Moruq həm də balverən bitkidir. 1 hektar moruq sahəsindən arılar 100 kq bal hasil edə bilirlər. Yabanı moruq bir çox mədəni moruq sortları üçün əcdad hesab edilir.

licence
cc-by-sa-3.0
droit d’auteur
Vikipediya müəllifləri və redaktorları
original
visiter la source
site partenaire
wikipedia AZ