Ağcaqovaq — (lat. Populus alba L.) - Söyüdkimilər fəsiləsinin qovaq cinsinə adi bitki növü.
Qafqazda geniş yayılıb, ilk dəfə Qızılyardan təsvir edilib.
Əlverişli bitmə şəraitində boyu 35 m-ə, gövdəsinin diametri 3 m-ə çatan böyük ağacdır. Ağyarpaq qovaq ağ qovaqla titrəkyarpaq qovaqın hibrididir. Ağyarpaq qovaq enli çətirli, qollu-budaqlı ağac olmaqla Kürqırağı meşələrdə edifikator mövqe tutur. Budaqlarının qabığı ağ və ya bozumtul ağ rəngli, hamardır. Yaşlı gövdəsinin qabığı qeyri-bərabər çatlıdır. Təzə zoğları ağ keçə tükcüklüdür və sonralar tükcükləri tökülür. Qısalmış zoğlarının yarpaqları enli yumurtavari, dəyirmi və üçbucağa oхşar yumurtavaridir. Uzunluğu 4-9 sm, eni 2,5-6 (9) sm olur, ucdan sivrilmiş və ya kütdür. Kənarları qeyri-bərabər oyuqvari dişlidir. Uzanmış zoğlarda əmələ gələn yarpaqlar daha böyükdür, uzunluğu 5-14 sm, eni 7-12 sm olur və dərin 3-5 barmaqvari dilimlidir, kənarları oyuqvari dişlidir. Qaidədən düzхətli və ya azacıq ürəkvaridir, üstdən tünd yaşıl, altdan ağ və ya bozumtul tükcüklüdür. Saplağı yastılanmış, qısadır. Dişicik sırğları 10-15 sm uzunluğunda, üstü kələkötür və çılpaqdır. Mart-aprel aylarında çiçəkləyir, aprel-may ayında toхumu yetişir. Təbii olaraq toхum və kök pöhrələri ilə çoхalır. Qələmlə də çoxaldılır.
Düzəndən başlamış orta dağ qurşağına kimi meşələrdə bitir.
Böyük və Kiçik Qafqaz, Kür-Araz ovalığı, Talışda və Naxçıvan MR-da təbii halda rast gəlinir.
Azərbaycanda düzəndən başlamış orta dağ qurşağına qədər meşələrdə bitir.
Yarpaq saplağının uzunluğu (1,5) 3-6 sm-dir. Qısalmış budaqların yarpaqları yumurtaşəkillidir, enli və ya üçbucaqyumurtavaridir, qaidə hissəsi düz, enli-pazşəkilli və yaxud az ürəkşəkillidir, kənarları küt və ya sivri dişcikləri olan qeyri-bərabər kələ-kötür dişlidir, küt və ya sivridir, uzunluğu 4-7 (9) sm, eni 3,5-6 (9) sm-dir. Cavan yarpaqları alt tərəfdən ağımtıl keçə tüklüdür, daha sonra isə çılpaq olur; uzanmış budaqların yarpaqları da aşağı hissədə bu cürdür, qalanları (3) 5 dərin bölümlülüdür, yumurtaşəkilli və ya uzunsovyumurtaşəkili, sivri və ya küt dişcikləri olan qeyribərabər kələ-kötür bölümlüdür, əsası düz və ya az ürəkşəkillidir, uzunluğu 5-10 (14) sm, eni 7-12 (16,5) sm-dir, üst tərfdən tünd-yaşıl, alt tərəfdən ağımtıl, bəzən bozumtul keçə tüklüdür.[1]
Qutucuq meyvəsi 4–5 mm uzunluqdadır, uzunsov-yumurtavari formada olub, çılpaq və qabarıqdır. Mart ayında çiçəkləyir və mart-aprel aylarında meyvə verir.[1]
Çayların sahilində və yatağında, çay vadilərində, kolluqlarda və meşələrdə rast gəlinir.[1]
Oduncağı xarrat və tokar məmulatlarının, parket və pəncərə çərçivələrinin hazırlanmasında istifadə olunur. Yarpaqları mal-qara üçün yem əhəmiyyətlidir[1]
Tofiq Məmmədov, “Azərbaycan dendroflorasi” V cild, Baki, “Elm”, 2019, 370 səh.
Ağcaqovaq — (lat. Populus alba L.) - Söyüdkimilər fəsiləsinin qovaq cinsinə adi bitki növü.