dcsimg

Darləçək qlobularia ( azéri )

fourni par wikipedia AZ
Globularia trichosantha 2017-04-17 7557.jpg

Darləçək qlobularia (lat. Globularia trichosantha) — qlobulariyakimilər fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c. Azərbaycanın nadir növüdür. [1][2]

Qısa morfoloji təsviri

Çoxillik, 3-25 sm hündürlüyündə ot bitkisidir. Kökyanı rozet yarpaqları dərivari, tamkənarlı, tərs yumurtavari və ya uzunsov tərs yumurtavaridir. Üst tərəfədən oyuqlu və ya 3 dişciklidir. Gövdə yarpaqları xırda, oturaq ellipsvari və ya ellipsvari-xətvaridir. Sonuncu başcıqlar 15-20 mm diametrdə, kürəvaridir. Kasacıq 6-7 mm, meyvə verən zamanı 7,5-88 mm-ə qədər uzanır. Tac 10-11 mm uzunluqda, mavi rəngli, nazik borucuqlu və ikidodaqlı, əyri, çıxıntılı, üst dodağın hissəcikləri sapvari, 4-4,5 mm uzunluğunda, alt dodağın hissəcikləri dar, xətvari, 3 damarlıdır. Erkəkciklər sapvari, tacın borusundan çıxırlar. Meyvə bərabər kisəcik, üst tərəfdə tac ilə, kasacığın içərisində uzunsovdur.[3][4]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləmə may-iyun, meyvə əmələgəlmə iyul aylarına təsadüf edir. Kserofit bitkidir. Aşağı və yuxarı dağ qurşağında otlu yerlərdə rast gəlinir.[4][5]


Yayılması

Naxçıvanın dağlıq hissəsi (Şərur rayonu-Axura, Havuş kəndlərinin ətrafı, Qaraquş dağı ərazisi; Culfa rayonu – Ərəfsə kəndi ətrafı, Aracıq dağı ərazisi).[5]

Sayı və tendensiyası

Populyasiyanın sayı azdır, mənfi amillər azalmasını sürətləndirir.[5][1]

Məhdudlaşdırıcı amillər

Antropogen təsirlər (otarılma, tapdalanma) və iqlimdir.[5]

Mühafizə tədbirləri

Akademik Həsən Əliyev adına Zəngəzur Milli ParkıArpaçay Dövlət Təbiət Yasaqlığı ərazisində yayıldığı sahələr xüsusi nəzarət altına alınmalı və təbii populyasiyaları mühafizə olunmalıdır.[5]

İstinadlar

  1. 1,0 1,1 http://redbook.az/?options=project&id=Darl%C9%99%C3%A7%C9%99k%20qlobularia
  2. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  3. Гроссгейм А.А., 1949
  4. 4,0 4,1 Флора Азербайджан, 1957
  5. 5,0 5,1 5,2 5,3 5,4 Naxçıvan MR-in Qırmızı kitabı; 2010
licence
cc-by-sa-3.0
droit d’auteur
Vikipediya müəllifləri və redaktorları
original
visiter la source
site partenaire
wikipedia AZ

Darləçək qlobularia: Brief Summary ( azéri )

fourni par wikipedia AZ
Globularia trichosantha 2017-04-17 7557.jpg

Darləçək qlobularia (lat. Globularia trichosantha) — qlobulariyakimilər fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c. Azərbaycanın nadir növüdür.

licence
cc-by-sa-3.0
droit d’auteur
Vikipediya müəllifləri və redaktorları
original
visiter la source
site partenaire
wikipedia AZ