dcsimg
Image de Tortue géante d'Aldabra
Life » » Animaux » » Vertébrés » » Testudinata » » Testudinidae »

Tortue Géante D'aldabra

Aldabrachelys gigantea (Schweigger 1812)

Nəhəng tısbağa ( azéri )

fourni par wikipedia AZ

Nəhəng tısbağa və ya nəhəng seyşel tısbağası (lat. Aldabrachelys gigantea)[1] — quru tısbağalarına daxil olan növ. Albadra adasının endemik canlıdıdır. Nadir növ sayılır. Bəzi fərdləri təbii şəraitdə 150 il yaşayır. Bu növə daxil olan Advayda tısbağası 2006-cı ildə ölmüşdür. Onun yaşının 150-250 il srası olması ehtimal edilir.

Təsviri

Xarici görünüş

Olduqca iri olan tısbağanın böyük ayaqları olsada kiçik başa sahibdir. Çanağının uzunluğu nadir hallarda 120 sm çatır. Ancaq adəti üzrə 105 sm-dir. Quru tısbağalarına daxil olan iki iri növdən biridir.

Albadra adasında populyasiyadan asılı olaraq fərdlərin ölçü və panserin formaları fərqlənir. Bəzi mütəxəsislər bu populyasiyaları yarımnöv hesab edirlər.

Yayılma və qidalanma bölgələri

Hazırda bu növ tısbağaların yeganə təbii yayılma arealı Seyşel adalarınna daxil olan Albadra adalarıdır. Seyşel, Reyunon, Mavriki, Nusi-Be adalarında isə köçürülmə populyasiyalar vardır. Təkcə Albadra adasında sayları 150 000 baş olaraq qiymətləndirilir.

Əsasən açıq otluqlar, kolluqlar və ağacların çox olduğu ərazilərdə qidalanırlar.

 src=
Nəhəbg tısbağa Seyşel adalarının gerbində

Qidalanması

Qidasının əsasını cırtdan ada bitkiləri təşkil edir.

Çoxalması

Çütləşmə fevraldan msya kimi dsvam edir. Ancaq yumurta iyundan sentyabra kimi qoyulur. İl ərzində dişi cəmi 4—5 yumurta qoyur. Aşağı sıxlıqda dişi ildə bir necə dəfə 14 yumurta qoya bilir.

Nəhəng tısbağa və insan

1960-cı illərdə Albadre adasında nəhəng aviasiya bazası inşa etmək istəyirdilər ancaq layihə sonradan ləğv edilir. Nəhəng tısbağaların əsas rəqibləri ev keçiləridir. 1988-ci il məlumatına əsasən onların ovlanmasıba başlanmışdır. Ev keçiləri adaya insanlar tərəfindən gətirilmişdir.

1975-ci ildə Albadredə 19 000 ha əraziyə malik rezervar təşkil edilmişdir. Atollda tısbağaları araşdıran stansiya mövcuddur.

Qalereya

İstinadlar

  1. sinonimləri: Testudo dussumieri, Testudo elephantina, Testudo gigantea, Geochelone gigantea, Geochelone dussumieri, Dipsochelys elephantina.
licence
cc-by-sa-3.0
droit d’auteur
Vikipediya müəllifləri və redaktorları
original
visiter la source
site partenaire
wikipedia AZ

Nəhəng tısbağa: Brief Summary ( azéri )

fourni par wikipedia AZ

Nəhəng tısbağa və ya nəhəng seyşel tısbağası (lat. Aldabrachelys gigantea) — quru tısbağalarına daxil olan növ. Albadra adasının endemik canlıdıdır. Nadir növ sayılır. Bəzi fərdləri təbii şəraitdə 150 il yaşayır. Bu növə daxil olan Advayda tısbağası 2006-cı ildə ölmüşdür. Onun yaşının 150-250 il srası olması ehtimal edilir.

licence
cc-by-sa-3.0
droit d’auteur
Vikipediya müəllifləri və redaktorları
original
visiter la source
site partenaire
wikipedia AZ