Çılpaq dorema (lat. Dorema glabrum Fisch. et C.A. Mey.)[1] [2]— dorema cinsinə aid bitki növüdür.[3]
IUCN Qırmızı Siyahısna göre növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar '' kateqoriyasına aiddir – EN A2c+cd(i)b. Qafqazın nadir, endemik növüdür. [4]
Regional IUCN Statusu - VU B1ab (I,ii, iii,iv,v)+2ab (i,ii,iii,iv,v). [5]
Çoxillik ot bitkisidir, qalın gövdəli, 6 sm diametrli kökə malikdir. Yarpaqları üçər bölünmüş lələklidir, 6 sm uzunluğunda seqmentləri uzunsov-lansetvaridir, demək olar ki, bütövdür, oturaq və ya ucu aşağı istiqamətlənmişdir. Çətirləri kiçik və sadədir, ayaqcığı 1 sm uzunluğundadır. Ləçəkləri ağımtıl-sarıdır. Meyvələri ellipsvaridir, uzunluğu 5-8 mm-dir. [6]
Çiçəkləmə iyun, meyvəvermə iyul-avqust aylarında müşahidə edilmişdir. Toxumla çoxalır. Kserofitdir. Aşağı dağ qurşağına kimi quru dərələrdə rats gəlinir. Tərəvəz və dərman bitkisi kimi, əhali tərəfindən istifadə edilir. [6][7]
Naxçıvan düzənliyi (Duzdağın cənub yamacında çox kiçik bir sahədə bitir) və Naxçıvanın dağlıq hissəsi (Vəlidağ, Dəhnədağ, Dərəşam və Darıdağ ətrafı). [8][7][9][10][11]
Populyasiyanın təbii bərpası azalır.Keçən 10 il ərzində 70% azalma müşahidə edilmişdir. Antropogen təsirlər növün itmə təhlükəsini yaradır. [12][13]
Tərəvəz və dərman bitkisi kimi intensiv istifadəsidir.
Öncədən yayıldığı Darıdağ ərazisində yasaqlıq yaradılması təklif edilmişdir. Brəpası üçün uyğun ərazilərdə introduksiya edilmişdir. [12]
Çılpaq dorema (lat. Dorema glabrum Fisch. et C.A. Mey.) — dorema cinsinə aid bitki növüdür.
IUCN Qırmızı Siyahısna göre növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar '' kateqoriyasına aiddir – EN A2c+cd(i)b. Qafqazın nadir, endemik növüdür.
Regional IUCN Statusu - VU B1ab (I,ii, iii,iv,v)+2ab (i,ii,iii,iv,v).