dcsimg

Ordubad yemişanı ( azéri )

fourni par wikipedia AZ

Təbii yayılması

Təbiətdə növün arealı Zaqafqaziyanın cənub rayonlarını (Zəngəzur və Meqri ) əhatə edir.

Botaniki təsviri

Endemikdir. Hündürlüyü təxminən 2- 2,5 m olan koldur. Cavan zoğları tükcüklüdür; illik zoğları çılpaq, tünd albalı rəngli; qoca budaqların qabığı boz xallı və ya boz-qonurdur. Qoltuq tikanları azsaylı, uzunluğu 7-15 mm, yarpaq tikanları nazik, azsaylıdır. Çiçəkləyən zoğların aşağı yarpaqları çox vaxt ensiz, ucunda üç pərli və ya üç yerə bölünmüş, itihissəli, iri dişlidir. Yuxarı pərləri bəzən enli, kənarları bütöv və ya ucuna yaxın 1-3 dişlidir. Steril zoğların yarpaqları daha dərin bölünmüş, enli, kəsikli pərlidir. Çiçək qrupu - mürəkkəb qalxan, tükcüklü, əsasən 4-5 saplaqlıdır. Kasayarpaqları üçkünc və ya üçkünc-lansetvari, iti uclu, meyvələridə aşağıya əyilmişdir. Meyvələri uzunsov-ellipsvari, uzunluğu 10-12 mm, qırmızı, sarımtıl lətli almaya oxşardır. Çəyirdəyi əsasən bir, bəzən ikidir, yanlardan biraz batıq, dərin olmayan şırımlı, arxa tərəfi qabarıq, az bilinən 2-4 şırımlıdır. Meyvələri sentyabrda yetişir. Ehtimal olunur ki, bu növ əyilmiş sütuncuqlu yemişanın (Crataegus kyrtostyla) və Meyer yemişanının (Crataegus meyeri) hibrididir. Əyilmiş sütuncuqlu yemişana yaxındır və bu növdən tükcüklü yarpaqları və daha tünd rəngli meyvələri ilə fərqlənir.


Ekologiyası

Daşlı yamaclarda, kolların arasında, dəniz səviyyəsindən 1300-2500 m hündürlükdə bitir.

Azərbaycanda yayılması

Kiçik Qafqaz və Naxçıvan MR təbii halda rast gəlinir.

İstifadəsi

Çox dekorativ bitkidir. Canlı hasarların salınmasında geniş istifadə edilir. Meyvə bitkisi kimi maraq doğurur.

Məlumat mənbəsi

  1. Tofiq Məmmədov (botanik) "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018. http://dendrologiya.az/?page_id=112
  2. Azərbaycanın ağac və kolları. Bakı: Azərb.SSR EA-nın nəşriyyatı, 1964, 220 s.
  3. Əsgərov A.M. Azərbaycanın ali bitkiləri.Azərbaycanın florasının konspekti II cild. Bakı: Elm, 2006,283 s.
  4. Talıbov T.H.,İbrahimov Ə.Ş.Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. Naxçıvan:Əcəmi,2008,350s.
  5. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1939, т.1.401с.
  6. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1962 т.6.378с.
  7. Дерувья и кустарники СССР.М.Л.: АН СССР, 1960 Т.5.543с.
  8. "Abşeronun ağac və kolları".Bakı: "Elm və təhsil", 2010.
  9. "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018.
licence
cc-by-sa-3.0
droit d’auteur
Vikipediya müəllifləri və redaktorları
original
visiter la source
site partenaire
wikipedia AZ