Atropatan qaraşəngi - (lat. Scrophularia atropatana) — Keçiqulağıkimilər (Scrophulariaceae Juss.) fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2c + 3c. Azərbaycanın nadir, Qafqazın endem növüdür.[1][2]
İkiillik ot bitkisidir. Gövdəsi 6-30sm hündürlükdədir. Gövdə yarpaqları yumurtavari və ya uzunsov-yumurtavari, 3-5 sm uzunluğunda, 1,5-3 sm enindədir. Çiçək qrupu uzunsov, dar, gövdənin ortasından, bəzən əsasından başlayandır. Çiçəklər budaqlarda oturaqdır. Kasacığın hissəcikləri uzunsov, dilimli, kənardan ağ pərdəli, 2 mm uzunluqdadır. Tac tünd-qırmızı, qonur rənglidir. Staminodi yumurtavari və ya uzunsovdur. Qutucuq 3,5-4 sm uzunluğunda, dairəvi, iti çıxıntılı və dərin uzunsov şırımlı, ikiqatlıdır. [3][4]
Çiçəkləmə may-iyun, meyvə əmələgətirmə iyun aylarına təsadüf edir. Kserofit bitkidir. Aşağı dağ qurşağından orta dağ qurşağına kimi daşlı-çınqıllı yerlərdə və çağıl daşlarının üstündə rast gəlinir. [4]
Naxçıvanın dağlıq hissəsidir (Şahbuz rayonu –Qarababa və Kolanı kəndlərinin ətrafı; Ordubad rayonu – Parağa və Kotam kəndlərinin ətrafı).[5]
Populyasiyanın ehtiyatı məhduddur və azalır. [5]
Məhdudlaşdırıcı amillər antropogen və zoogen amillərdir.
Yeni yayılma yerlərinin axtarılması tələb olunur.
Atropatan qaraşəngi - (lat. Scrophularia atropatana) — Keçiqulağıkimilər (Scrophulariaceae Juss.) fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2c + 3c. Azərbaycanın nadir, Qafqazın endem növüdür.