Ueddel suitisi(Leptonychotes weddellii), Əsl suitilər fəsiləsinə aid növ.
Bu növ öz adını Ueddell dənizinə təşkil olunan ingilis ekspedisiyasının rəhbəri Ceyms Ueddellin şərfinə adlandırılıb. Ueddell suitisi bütün Antarktida boyunca yayılmışdır. Anların sayı dünyada 800,000 baş təşkil edir.
Ueddell suitisi 3,5 metr uzunluğa malik olur. Su altında 60 dəqiqə qala bilir. Şikarı dalınca 800 dərinliyə enə bilir.
Bu növ suitilər payızda yeni yaranan buzları qazıyaraq özlərinə yer düzəldirlər. Bu səbədən yaşlı suitilərin dişləri qırıq olur.
Antarktida bölgəsində yaşayan Ueddell suitisi hava temperaturunun -56℃, suyun temperaturunun -26℃-yə qədər düşdüyü sərt qış şərtlərinə belə davam gətirir. Suitilər çox dərinə endikdə yüksək təzyiq və ani təzyiq dəyişikliyi səbəbindən yaranan zədələnmələrə məruz qalmırlar. Çünki suya uzun müddətlik girməmişdən əvvəl bir neçə qısa sualtı üzmə həyata keçirirlər. Qabırğa sümükləri ilə diafraqmalarını açıb yığaraq ciyərlərindəki havanı xaric edirlər və ciyərlərini də bağlayırlar. Bir müddət sonra ciyərlərində ümumiyyətlə hava qalmadığı üçün azot əriyərək qana qarışa bilmir və beləcə həyati təhlükənin qarşısı alınır. Suitilərin nəfəs borusu bir çox məməlilərdə olduğunun əksinə, dairəvi deyil, düz-oval formalıdır və yüksək təzyiq altında dərhal bağlanır. Eyni şəkildə qulaqlarındakı hava boşluqları da xarici təzyiq müəyyən bir həddə çatanda şişərək boşluqları qapayan qan damarları ilə hörülmüşdür.