dcsimg
Image de aurélie
Life » » Animaux » Cnidaria

Scyphozoa Goette 1887

Sifoidlər ( azéri )

fourni par wikipedia AZ

Merge-arrows.svg Bu məqalə Ssifoidlər sinfi məqaləsinə çox yaxındır və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür.

Sifoidlər və ya Sifoid meduzaları (lat. Scyphozoa) - bağırsaqboşluqlularin dalayıcılar tipinə aid sinif. 200-ə yaxın növü var. Dənizdə yaşayırlar.

Sifoid meduzalarının bədəni çətirə və ya zəngə oxşayır. Çətirin alt hissəsində ağız yerləşir. Bədənin kənarlarına doğru gedən radial kanallar mədədən başlanğıc götürür. Sadə halda onlar cəmi dörd ədəd olur, bəzi növlərdə səkkİzdir. Kanallar çətiri əhatə edən həlqəvi kanala açılır. Çətirin kənarı ilə sinir halqası boyunca 8 ədəd sinir düyünü yerləşir.

Sifoid meduzalarının əksəriyyəti dənizlərin su qatlarında, bəzi növləri isə suyun dibində yaşayır. Suyun dibində yaşayan meduzalara stavromeduzanı misal gətirmək olar. O, suda üzə bilmir və formaca qıfa oxşayır. Onların ən kiçik növləri yosunlar üzərində yaşayır. Stavromeduza yırtıcı heyvandır, qidanı qolları nın üzərindəki çıxıntılar vasitəsilə ovlayır. Onlar hərəkətetmə və qidanı ovlama xüsusiyyətlərinə görə şirin su hidralarına çox oxşayır. Sifoid meduzalarının əksəriyyəti ayrıcinsiyyətlidir. Cinsiyyət vəziləri mədə ciblərinin alt səthində əmələ gəlir. Yetişmiş cinsiyyət hüceyrələri meduzanm ağzından xaricə tökülür. Yumurtadan planula adlanan sürfə çıxır. O, əvvəlcə üzür, sonra isə dənizin dibinə enir və əşyaya yapışır. Onun bədəninin ön qütbündə ağız əmələ gəlir. Sürfə bir qədər inkişaf edir və polipə çevrilir.

Sifoid meduzaları çətirin yığılıb-açılması sayəsində üzür. Onlardan aureliya növünün ölçüsü 20 sm-ə çatır. O, tropik və mülayim dənizlərdə geniş yayılmışdır, ona bəzən Arktika dənizlərində də rast gəlinir. Sianea meduzasının diametri 2 m, qollarının uzunluğu 10 m-ə çatır. Tropik sularda onları gəmidən aydın görmək olur. Hər iki növ yırtıcıdır, qidasını suda yaşayan onurğasız heyvanlar və körpə balıqlar təşkil edir. Sifoid meduzalarının bəzi növlərini (qulaqlı meduza, ropilema) insanlar ovlayır və yeyir. Çin və Yaponiyada meduzaların ovu yaxşı təşkil olunmuşdur və hər il minlərlə meduza ovlanır.

Dəstələri

Mənbə

[1]

Bu şablona bax Heyvanlar aləminin yarımaləm, tip və bəzi sinifləriParazoylar Süngərlər (Kirəcli süngərlər, Adi süngərlər, Altışüalı süngərlər) • Lövhəcikkimilər (Trichoplax)Mezozoylar OrtonektidlərDisiemidlərEumetazoylar DaraqlılarDalayıcılar (Mərcan polipləri, Hidroidlər, Sifoidlər, Yumrumeduzlar, Saçaqlı meduzlar, Myxozoa) Cycloneuralia: Scalidophora (Kinorinxlər, Lorisiferlər, Priapulidlər) • Nematoida (Yumru qurdlar, Qılqurdlar)
Panarthropoda: OnixoforlarƏrincəklilərBuğumayaqlılar Yastı qurdlarKirpikliqarın qurdlar
Gnathifera: RotatorilərTikanbaşlılarQnatostomulidlərMikroçənəlilərSikloforalar Trochozoa (Sipunkulidlər, Nemertinlər, Molyusklar, Həlqəvi qurdlar)
Lophophorata (Briozoylar, Sonboşluqlar, Trubkalılar, Çiyinayaqlılar) YarımxordalılarDərisitikanlılarXenoturbella Onurğalılar (Vertebrata, Miksinlər) • BaşıxordalılarTunikalılar
Mübahisəli olanlar
Acoelomorpha (Bağırsaqsız turbellarilər, Nemertodermatida) • Çənəsiqıllılar
licence
cc-by-sa-3.0
droit d’auteur
Vikipediya müəllifləri və redaktorları
original
visiter la source
site partenaire
wikipedia AZ

Sifoidlər: Brief Summary ( azéri )