Qoz iri mənənəsi - (lat. Pterocallis juglandis) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ.
Qoz iri mənənəsi 4 mm-ə qədər böyüklükdə olub, sarımtıl limon rəngdədir. Qanadlı fərdlərdə baş və döş tutqundur. Bığcıqlar altıbuğumludur. Bədəninin üst hissəsində iki cərgədə girdə ləkələr düzülmüşdür.[1]
Qoz iri mənənəsi partegenotik yolla çoxalır. Kütləvi çoxalma halına may-iyun aylarında təsadüf olunur. Azərbaycanda il ərzində verdiyi nəslin miqdarı dəqiqləşdirilməmişdir.[2]
Qolarktika, Asiyanın hər bir ölkəsi, Azərbaycan, Qafqaz. Azərbaycanın qoz ağacı olan bütün rayonlarında təsadüf edilir.
Qoz iri mənənəsi - (lat. Pterocallis juglandis) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ.