Afalaridlər fəsiləsi-(lat. Aphalaridae) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinə aid olan fəsilə.
Enli bədənli, qısa başı yoğun, adətən daha enli döşə sıxılmış, önkürəyi enli, yastı olan cücüdür. Bığcıqları qısadır, sapşəkilli deyil, qamçıcıqların buğumları kökə nisbətən ucda daha enlidir. Qabaq qanadları çox vaxt möhkəm, dərivari, adətən naxışlıdır. Arxa ayaqlarının baldırlarının zirvəsində 5-14 sıçrayış tikanı, pəncənin birinci buğumunda iki tikan vardır (triba – Xenaphalarini və Camaro cinsi istisna təşkil edir. Aphalarinae yarımfəsiləsində anal borucuğun arxa qurtaracağında uzun üfüqi çıxıntılar vardır. [1]
Ağac və ot bitkilərində yaşayan əksər növlər səhra-çöl mənşəlidir. [2]
Dünyada 53 növü məlumdur. Azərbaycanda 39 növü yayılmışdır.
Afalaridlər fəsiləsi-(lat. Aphalaridae) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinə aid olan fəsilə.