dcsimg

Quanako ( azéri )

fourni par wikipedia AZ


Quanako(lat. Lama guanicoe), (Artiodactyla) dəstəsindan bir məməli növü.

Amerika dəvələrinin ən iri nümayəndəsidir. Bədənin uzunluğu 180-225 santimetrə, quyruğu 15-25 santimetrə, hündürlüyu 90-130 santimetrə çatır. Onların çəkiləri 70-100 kiloqram olur. Quanakolar şimali Perudan Odlu Torpaqlara qədər dəniz səviyyəsindən 4000 metrə yüksəkliyi olan ərazilərdə yaşayırlar. Bütün ömürləri boyu 4-10 dişi və 1 erkək lider Quanako olmaqla kiçik sürülər halında yaşayırlar. Digər etkəklər 15-25 baş sürülər halında yaşayırlar. Quanakoların çütləşmə dövrü noyabrdan fevrala kimi baş verie. 11 aydan sonra dünyaya 1 ədəd, təsadüfü hallarad 2 ədəd yaxşı inkişaf etmiş bala gətirirlər.Yeni doğulmuş balalar 1 saatdan sonra analarının arxası ilə hərəkət edielər. Quanakolar balalarını 3 ay südlə bəsləyir. Bundan sonra balalar sərbəst qidalanırlar. 1 yaşından sonra cavan dişilər coxalmada iştirak edirlər.

Daky du lys d'Orient 5.jpg Heyvanlar ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. Etdiyiniz redaktələri mənbə və istinadlarla əsaslandırmağı unutmayın.
licence
cc-by-sa-3.0
droit d’auteur
Vikipediya müəllifləri və redaktorları
original
visiter la source
site partenaire
wikipedia AZ