Budaqlı danaya - ( lat. Danae racemosa (L.) Moench). Bigəvərkimilər—(Ruscaceae Hutch.) fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu: “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür.[1]
Qısa, sürünən, üfüqi kökümsov gövdəli həmişəyaşıl, qollu-budaqlı yarımkoldur. Gövdəsinin uzunluğu 0, 5-1, 5 (2, 5) m-dir. Çiçək salxımlarının uzunluğu 4-7 sm-dir, (3) 6 -16 (20)çiçəklidir, təpə budaqlarındakıkaldodidlərin qoltuqlarında yerləşmişdir və üst tərəfdən buğumlara ayrılmışdır. Çiçəkləri xırda ikicinslidir, diametrləri 3 mm-ə yaxındır; çiçəkyanlığı sənəkvari şəkildə və ağdır, bir qədər lətlidir, deltaşəkilli 6 dişiciyi vardır. Erkəkcikləri 6-dır, onların telləri birləşib, boru şəklini almışdır. Giləmeyvələri kürəvi, lətli, qırmızı rəngli, birtoxumlu, diametri 6-8 (10) mm-dir.[2] [3]
May-iyul (avqust) aylarında çiçəkləyir. Oktyabr ayında meyvə verir. Tozlanması anemofildir. Toxumla və vegetativ yolla çoxalır. Həyat forması nanofanerofitdir. İstisevən və kölgəyə davamlıdır. Torpağa qarşı az tələbkardır. Dəniz səviyyəsindən 1200 m hündürlükdə aşağı və orta dağ qurşaqlarında, rütubətli və kölgəli, enliyarpaqlı meşələrdə, qayalıqlarda və meşəli dərələrdə, ağacqayın-fıstıq, vələs-fıstıq meşələrində və dağ dərələrinin qarışıq meşələrində ağaclar arasında bitir. [3][4] Dekoartiv və alkaloidli bitkidir. Xalq təbabətində istifadə olunur.
Lənkəran ovalığı (Astara rayonunun Şüvi, Bürcəli, Aşağı və yuxarı Apo kəndləri) və dağlıq hissəsi (Lerik rayonun Vistan kəndi), Böyük Qafqazın şərqi (Qəbələ rayonunun Qüybəd dağı, İsmayıllı rayonunun Xanəgah kəndi) [2][5]. Hirkan Milli Parkının ərazisi (Vəşərüd, Astaraçay, ovala, Nıvıştaru, Lomin çayları kənarları) [2][5]
Populyasiyanın sayında azalma müşahidə edilir.
Meşə sahələrindən kənd təssərüfatı əkinləri üçün istifadə edilməsi, yerli əhali tərəfindən yem kimi toplanılması, budaqlarının buket, əklil və bəzək üçün istifadə edilməsi.
Şahdağ Milli Parkında və Hirkan Milli Parkında mühafizə olunur.
Budaqlı danaya - ( lat. Danae racemosa (L.) Moench). Bigəvərkimilər—(Ruscaceae Hutch.) fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu: “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür.