dcsimg
Image de Pruche du Canada
Life » » Archaeplastida » » Gymnosperms » » Pinacées »

Pruche Du Canada

Tsuga canadensis (L.) Carrière

Kanada tsuqası ( azéri )

fourni par wikipedia AZ

Təbii halda Şimali Amerika nın qərb hissəsində qarışıq və təmiz meşələrdə bitir. Cinsə 10 növ daxildir. Ən geniş yayılan növü Kanada tsuqasıdır. Hündürlüyü 30 m olan ağacdır. Qövs şəklində aşağı əyilən budaqları çətirə enli konus forması verir. Gövdəsinin diametri 0,9 m-ə qədərdir, dərin yarıqlarla örtülmüşdür, qamətli, düz, ağımtıl-boz qabıqlı olur, əksər hallarda gövdəsi haçalanır. İynəyarpaqları parıltılı tünd-yaşıl, hamar, xırda, uzunluğu 1,5 sm-ə qədər, yuxarısı ensiz, ucu kütdür.İynəyarpaqlarının rənginə, (qızılı, gümüşü), boyuna görə fərqlənən formaları vardır. Qozaları xırda, yumurtaşəkilli, əvvəlcə yaşıl, yetişdikdən sonra açıq-qonurdur, uzunluğu 2,5 sm-ə qaədərdir: toxumlar töküldükdən sonra uzun müddət ağacda qalır. Toxumları açıq-qonur, xırda, uzun qanadlıdır. Torpağın münbitliyinə və rütubətinə tələbkardır, kölgəyə davamlıdır, qısamüddətli şaxtalara dözür. Şimali Qafqaz da yaxşı inkişaf edir. Qara dəniz sahili şəhərlərində, xüsusən Soçi də, Adler də iri ağaclara təsadüf edilir. Kırım da torpağın quraqlığından əziyyət çəkir. Azərbaycan da Mərkəzi Nəbatat Bağında introduksiya edilmişdir. Landşaft memarlığında kiçik quplarda və qazonda tək əkinlərdə xüsusilə effektlidir. Qabığında 10-15 %-ə qədər aşı maddələri, qatran və az miqdarda efir yağı vardır, dərman kimi istifadə edilir. Yaşıllaşdırmada “Gracilis Oldenburg”, “Aurea”, “Bennett”, “Dwarf whitetip”, “Albospicata”, “Hussii”, “Jeddeloh”, “Minima”, “Microphylla”, “Macrophylla” formalarından da istifadə edilir.

Məlumat mənbələri:

Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.

İstinadlar

  1. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.

Mənbə

licence
cc-by-sa-3.0
droit d’auteur
Vikipediya müəllifləri və redaktorları
original
visiter la source
site partenaire
wikipedia AZ

Kanada tsuqası: Brief Summary ( azéri )