dcsimg

Telifonlar ( azeri )

tarjonnut wikipedia AZ


Telifonlar (lat. Uropygi) hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi.

Haqqında

Telifonlar xarici quruluşuna görə əqrəblərə oxşar olub, pedipalpları daha güclü inkişaf etmişdir. Ön ətrafları uzundur, qamçı şəklindədir və antennaları əvəz edir. Qarıncıq şöbə buğumludur. Axırıncı üç buğumu saplaq şəklində uzanaraq, sapşəkilli uzun quyruqla nəhayətlənir. Zəhər vəziləri olmur. Səkkizinci və doqquzuncu buğumlarda yerləşən 2 cüt ağciyərlə tənəffüs edirlər. Telifonlar isti ölkələrdə , xüsusən tropik meşələrdə yaşayırlar. Onlar yırtıcıdırlar və gecə həyat terzi keçirirlər. Əsasən həşaratla, həmçinin çoxayaqlılarla, qurdlarla , çılpaq ilbizlərlə qidalanırlar. Nisbətən iri ölçülü həşarata hücum etmirlər. Telifon qaçarkən sapşəkilli quyruğunu qaldıraraq, bu maddəni xaric edir. Nisbətən iri formalar aşındırıcı maddəni 30 sm məsafəyə qədər ata bilir. Bu maddənin tərkibində qarışqa və sirkə turşusu vardır, bəzi növlərdə bu kəskin xlor iyi verir. Bu maddə insanda selikli qişanı güclü aşındırır. [1]

Fəsilələri

İstinadlar

  1. B.İ.Ağayev, Z.A.Zeynalova “Onurğasızlar Zoologiyası”. Bakı, “Təhsil”, 2008, səh. 363
lisenssi
cc-by-sa-3.0
tekijänoikeus
Vikipediya müəllifləri və redaktorları
alkuperäinen
käy lähteessä
kumppanisivusto
wikipedia AZ

Telifonlar: Brief Summary ( azeri )

tarjonnut wikipedia AZ


Telifonlar (lat. Uropygi) hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi.

lisenssi
cc-by-sa-3.0
tekijänoikeus
Vikipediya müəllifləri və redaktorları
alkuperäinen
käy lähteessä
kumppanisivusto
wikipedia AZ