dcsimg

Lotiyev gürzəsi ( azeri )

tarjonnut wikipedia AZ

Lotiyev gürzəsi (Vipera lotievi) — Əsl gürzələr cinsinə daxil olan ilan növü. Rus herpetoloqu Konstantin Lotiyevin şərəfinə adlandırılıb.

Görünüşü

Lotiyev gürzəsi çöl gürzəsinə çox bənzəyir. Əsas fərqləri isə Lotiyev gürzəsinin nisbətən enli və başının yumru olması ilə fərqlənir. Rəngi parlaq-boz və ya boz qəhvəyi olur. Uzunluğu 500 mm təşkil edir.

Yayılması

Lotiyev gürzəsi əsasən Şimali Qafqazın Kabarda-Balkariya, Şimali Osetiya, Çeçenistan, İnquşetiyaDağıstan ərazilərində, üstəlik Gürcüstanın dağlıq ərazilərində yayılmışdır. Son zamanlar bu canlılara Azərbaycanda belə rastlanılır[1]. Azərbaycanda Böyük Qafqazın şimal yamaclarında yayılıb. Hec bir yarımnövü yoxdur. Əvvəllər isə çöl gürzələrinə daxil edilirdi.

Həyat tərzi

Dağ çölü şəraitində hündürlüyü 1200-1800 metr olan ərazilərdə yayılırlar. Daglıq kserofit bitkilərin yayıldığı ərazilərdə üstünlük təşkil edir.

Əsasən kiçik gəmiricilər, kərtənkələlər və digər sürünənlərlə qidalanır. Çoxalması öyrənilməmişdir.

Mənbə

  • Azərbaycanda yeni növ ilan peyda olub
  • lisenssi
    cc-by-sa-3.0
    tekijänoikeus
    Vikipediya müəllifləri və redaktorları
    alkuperäinen
    käy lähteessä
    kumppanisivusto
    wikipedia AZ

    Lotiyev gürzəsi: Brief Summary ( azeri )

    tarjonnut wikipedia AZ

    Lotiyev gürzəsi (Vipera lotievi) — Əsl gürzələr cinsinə daxil olan ilan növü. Rus herpetoloqu Konstantin Lotiyevin şərəfinə adlandırılıb.

    lisenssi
    cc-by-sa-3.0
    tekijänoikeus
    Vikipediya müəllifləri və redaktorları
    alkuperäinen
    käy lähteessä
    kumppanisivusto
    wikipedia AZ