dcsimg

Tündqırmızı yemişan ( azeri )

tarjonnut wikipedia AZ

Təbii yayılması

İran, TürkiyəGürcüstanda yayılıb.

Botaniki təsviri

Hündürlüyü 10-12 m, gövdəsinin diametri 20 sm, yarpağı tökülən ağacdır. Oduncağı ağır, bərk, cod və möhkəmdir. Budaqları bozdur, cavan budaqları çılpaq olub, tünd qırmızıdır, üzərində 1, 5 sm uzunluğunda tikanlar yerləşir. Yarpaqları parlaq, açıq yaşıl rəngdədir, cavan yarpaqları azca tüklü, yaşlı yarpaqları isə çılpaqdır. Çiçəkləyən budaqların alt yarpaqları pazşəkilli, qısa saplaqlı, üç bölümlü, kənarları dişli, yuxarı hissəsi enli yumurtavari, uzunluğu 5-8 sm-dir. Çiçəkləməyən budaqların yarpaqları daha iri, əsas hissəsindən geniş pazşəkilli olub, 5-7 bölümlüdür. Çiçək qrupu 7-13 mm uzunluğunda, çiçək sapalğının üzərində yerləşir, çılpaqdır, diametri 8 sm-dir. Çiçəklərin diametri 2 sm-dir, kasayarpaqları yumurtavari iti ucludur, ətirlidir.Böyük, sulu və ətli meyvələri xoş dadlıdır. Şarvari, tünd qırmızı, 1-18 mm diametrində olmaqla, içərisində 2-5 iri toxumu vardır, çox vaxt birləşir.

Ekologiyası

İstiyə, quraqlığa davamlıdır. Torpağa tələbkar deyildir. Kolluqlarda və yamaclarda bitir.

Azərbaycanda yayılması

Naxçıvan MR təbii halda rast gəlinir.

İstifadəsi

Kiçik əşyalar düzəltmək üçün isdifadə edilir. Meyvələrindən mürəbbə hazırlanır və qurudulur. Meyvələri və çiçəkləri xalq təbabətində ürəyin tonuslandırıcı vasitəsi kimi və yüksək qan təziqinin müalicəsində çay və ya məhlul kimi isdifadə edilir.

Məlumat mənbəsi

  1. Tofiq Məmmədov (botanik) "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018. http://dendrologiya.az/?page_id=112
  2. Azərbaycanın ağac və kolları. Bakı: Azərb.SSR EA-nın nəşriyyatı, 1964, 220 s.
  3. Əsgərov A.M. Azərbaycanın ali bitkiləri.Azərbaycanın florasının konspekti II cild. Bakı: Elm, 2006,283 s.
  4. Talıbov T.H.,İbrahimov Ə.Ş.Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. Naxçıvan:Əcəmi,2008,350s.
  5. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1939, т.1.401с.
  6. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1962 т.6.378с.
  7. Дерувья и кустарники СССР.М.Л.: АН СССР, 1960 Т.5.543с.
  8. "Abşeronun ağac və kolları".Bakı: "Elm və təhsil", 2010.
  9. "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018.
lisenssi
cc-by-sa-3.0
tekijänoikeus
Vikipediya müəllifləri və redaktorları
alkuperäinen
käy lähteessä
kumppanisivusto
wikipedia AZ