dcsimg

Lənkəran xramulyası ( azeri )

tarjonnut wikipedia AZ

Lənkəran xramulyası (lat. Capoeta gracilis ) Capoeta cinsinin növüdür. Orta saylı, yerli (aborigen) növdür.

Xarakterik morfoloji əlamətləri

Xarici görünüşünə görə Kür xramulyasına bənzəyir, lakin ondan yan xəttindəki pulcuqlarınbel üzgəcindəki şüaların az saylı olması və belinin ancaq bel üzgəcinin ön tərəfində yanlardan basıq olması ilə fərqlənir. Uzunluğu 35.0 sm-ə qədər olur.

Yaşayış yeri və həyat tərzi

Çay balığı olub, başlıca olaraq çayların sürətlə axan yerlərində yaşayır, nisbətən az miqdarda çayların sakit axan sahələrində təsadüf edilir. Ömrünün uzunluğu orta hesabla 4-5 il olub, cinsi yetkinliyə 2 yaşında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəkilindədir. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd şəklində olur.[1]

Yayılması

Azərbaycanda 3 növlə (C.capoeta, C.sevangi, C.gracilis) təmsil olunmuşdur. Yarımnövləri yoxdur. Talış dağlarından axıb Xəzər dənizinə tökülən çaylarda (Qumbaşı, Viləş, Lənkəran, Təngəru, Astara, Balahırı, Göytəpə) yayılmışdır. Başlıca olaraq çayların orta və aşağı axınlarında yaşayır.[2]

Cinsi statusu və çoxalma xüsusiyyətləri

Çoxalma kürüləmə yolu ilə olur. Kürüsünü çayların daşlı-çınqıllı hissələrində üç dəfəyə, iyun-iyul aylarında tökür. Reproduktivliyin forması kürü şəkilində olur. Məhsuldarlığı 3.8 minlə 11.2 min kürü arasında dəyişilir. Reproduktivliyin periodu cinsi yetkinliyə çatdıqdan sonra ildə bir dəfə, hər il. Generasiyaların sayı, orta ömrün uzunluğundan asılı olaraq 2-3 dəfə olur.

limit faktorları

Su hövzələrinin çirklənməsi, təbii kürüləmə yerlərinin sıradan çıxması və digər antropogen amillər.

Rasionu

Əsasən bitki mənşəli qidalarlayosunlarla qidalanır, özləri isə digər yırtıcıların qidasını təşkil edir. Qidasını yosunlar (diatom), detrit, su həşaratları və onların sürfələri təşkil edir.

Düşmənləri

Yırtıcı balıqlar, ilanlar, balıqyeyən quşlarbalıq parazitləri.

İnsan həyatına təsiri

Əmtəə keyfiyyətlidir. Az miqdarda həvəskar balıqçılar tərəfindən ovlanır. Ziyanvericilik xüsusiyyətləri yoxdur

Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri

Balıqçılıq haqqında qanun qəbul edilmişdir. Su hövzələrinin çirkləndirilməsinin, çay yataqlarının qazılmasının, dəyişdirilməsinin qarşısı alınmalıdır.

Ədəbiyyat

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620.
  2. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s
  3. Mustafayev N.C. Azərbaycanın daxili su hövzələrində yaşayan balıqların bioekoloji xüsusiyyətləri və vətəgə balıqlarının ehtiyatlarının müasir vəziyyəti // Zoologiya İnstitutunun əsərləri, 33-cü cild, № 1. Bakı, 2015, s. 103-124.

Həmçinin bax

Qırmızıdodaq həşəm

Üstüzən

Terek altağızı

Kür altağızı

Uzunbığlı qumlaqçı

Kür qumlaqçısı

Kür xramulyası

İstinadlar

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620.
  2. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s
lisenssi
cc-by-sa-3.0
tekijänoikeus
Vikipediya müəllifləri və redaktorları
alkuperäinen
käy lähteessä
kumppanisivusto
wikipedia AZ

Lənkəran xramulyası: Brief Summary ( azeri )

tarjonnut wikipedia AZ

Lənkəran xramulyası (lat. Capoeta gracilis ) Capoeta cinsinin növüdür. Orta saylı, yerli (aborigen) növdür.

lisenssi
cc-by-sa-3.0
tekijänoikeus
Vikipediya müəllifləri və redaktorları
alkuperäinen
käy lähteessä
kumppanisivusto
wikipedia AZ

Capoeta gracilis ( englanti )

tarjonnut wikipedia EN

Capoeta gracilis is a species of fish in the family Cyprinidae found in Western Asia. It is part of the large-scaled Capoeta capoeta clade or complex of species in the genus Capoeta.[1]

References

  1. ^ Zareian, H., Esmaeili, H.R., Heidari, A., M. R. Khoshkholgh, M.R. & Mousavi-Sabet, H. (2016): Contribution to the molecular systematics of the genus Capoeta from the south Caspian Sea basin using mitochondrial cytochrome b sequences (Teleostei: Cyprinidae). Molecular Biology Research Communications, 5 (2): 65-75.
lisenssi
cc-by-sa-3.0
tekijänoikeus
Wikipedia authors and editors
alkuperäinen
käy lähteessä
kumppanisivusto
wikipedia EN

Capoeta gracilis: Brief Summary ( englanti )

tarjonnut wikipedia EN

Capoeta gracilis is a species of fish in the family Cyprinidae found in Western Asia. It is part of the large-scaled Capoeta capoeta clade or complex of species in the genus Capoeta.

lisenssi
cc-by-sa-3.0
tekijänoikeus
Wikipedia authors and editors
alkuperäinen
käy lähteessä
kumppanisivusto
wikipedia EN