Türkmənistan, Kopetdağ qoruğu, Qarağac dərəsində təbii halda rast gəlinir.
Hündürlüyü 4-6 m-dək olan, enli oval çətirli ağac və ya koldur. Gövdəsinin qabığı tünd boz, budaqlarda isə qonur-bozdur; cavan zoğları sıx, xırda tükcüklü, payızda isə az tükcüklü olub, bozumtul-qonurdur. Yarpaqları açıq yaşıl, qalıntəhər, dərili, üstü və kənarları tükcüklü, alt tərəfi çılpaq və ya damarcıqlarda tükcüklü; alt yarpaqları pazşəkilli və ya pazşəkilli - əksyumurta-vari, ucunda iri dişlidir. Uzunluğu və eni 4-4,5 mm, dərin 3-5 (7) kəsikli, enli-pazşəkilli bünövrəlidir; oyuqları iti, əyri, yuxarıya istiqamətlənmiş, hissələri uzunsov, uzunluğu enindən 2 dəfə çoxdur, ucu azsaylı iti dişlidir. Çiçək qurupları 6-12 (13) çiçəkdən ibarət, azçiçəkli yarımçətirlidir. Çiçəklərin diametri 1,5-1,8 sm, enli-üçkünc, kasayarpaqlarının uzunluğu təxminən 3 mm, ucu daralmış, yuxarı hissəsində və kənarlarında tükcüklüdür. Çiçək zoğu sıx xırda tükcüklüdür, hipatilərin aşağı hissəsi və çiçək saplaqları ağ tükcüklüdür. Erkəkcikləri 15-19, sütuncuqları 3-4, bəzən 5, iri, başcıqlı dişicik ağızlıdır. Meyvələri iri, eni 2-2,2 sm və uzunluğu 1,4-1,6 sm, qara-qırmızıdır, hər yarımçətirdə əsasən 2-4, bəzən 10-12-dək meyvə olur, çəyirdəkləri 3-4, bəzən 5 olmaqla üstü göyümtül çöküntülüdür.
Quraqlığa və istiyə davamlıdır. Torpağa tələbkar deyildir.
Kiçik Qafqazda, Naxçıvan MR-nın daşlı qayalıqlarında təbii halda yayılmışdır.
Meyvələri yeməlidir, cem hazırlanır. Bir çox xəstəliklərin müalicəsində yarpaqlarından, meyvələrindən, çiçəklərindən istifadə olunur.
Qafqazda yayılmışdır.
Hündürlüyü 5-6 m olan ağacdır. Cavan zoğları seyrək-ağ keçəli, sonradan təxminən çılpaq, yaşılımtıl və al qırmızı olur, bir və ikiillik zoğlar isə al-qırmızı-qonur, bir az parlaq, qoca budaqları bozumtul-qonur və ya bozdur. Yarpaq qoltuğunda yerləşən iynələri seyrəkdir. Fertil zoğlarda olan yarpaqlarının uzunluğu 30-70 mm, eni 25-70 mm, yumurtavari və ya bəzən təxminən yumru, enli, uzunsov bünövrəli və iti ucludur. Beş-yeddi enli bölümlüdür, bölümlər yumurtavari olmaqla üstdən ucu biz, mərkəzindən qeyri-bərabər dişlidir. Steril zoğların yarpaqlarının uzunluğu 60-70 mm, eni 60-80 mm, üstü yaşıl rəngli, tutqun, yapışıqlı tükcüklüdür. İri yarpaqları bəzən çılpaq, alt tərəfi açıq yaşıldır. Saplaqları yarpaq ayalarından 2-2,5 (3) dəfə qısa və ya uzundur, çılpaq, seyrək tükcüklüdür. Yalançı zoğlarda olan yarpaqları tez tökülən, oraqvari, kənarları bütöv və ya bölümlüdür. Çiçək qrupu qalxanvari, 8-15 çiçəkli, çılpaq və ya uzun, seyrək tükcüklüdür, erkəkcikləri 16-20, tozluqların rəngi məlum deyil, sütuncuqları 4-5-dir. Meyvələri tünd qırmızı, şarşəkilli və ya təxminən şarşəkilli, uzunluğu 6-15 mm, eni 5-13 mm-dir. Kasayarpaqları enli-üçkünclü, diametri 4-5 mm olan dərin batıqlı, ucu biz, yuxarıya doğru əyilmişdir. Çəyirdkələri 4-5 ədəd, uzunluğu 5-11 mm, eni 4-6 (7) mm, şırımlı və ya yanlardan hamar, tutqun, qonur hipostillidir. İyul ayında çiçəkliyir. Sentyabr-oktyabr aylarında meyvə verir.
Şaxtaya, istiyə, küləyə davamlıdır. Torpağa tələbkar deyildir.
Naxçıvan MR-nın endemikidir, Əznəbürd kəndində təbii halda rast gəlinir.
Çox dekorativdir, canlı hasarların salınmasında istifadə edilə bilər, meyvəli bitki kimi maraq doğurur.
Crataegus ×pseudoazarolus Pojark.
Боярышник ложная азароль (лат. Crataegus ×pseudoazarolus) — кустарник или небольшое дерево, вид рода Боярышник (Crataegus) семейства Розовые (Rosaceae).
В природе ареал вида охватывает Копетдаг.
Деревцо с войлочно-пушистыми годичными побегами.
Листья кожистые, сизые, негусто-опушённые, длиной и шириной 3—5 см, в очертании ромбические, с клиновидным основанием, пятираздельные, лопасти острые, верхние кверху суженные, нижние, наоборот, расширенные, на вершине с 1—3 зубцами, нижние часто надрезанные, самые нижние более узкие, обратно-овальные, лишь на вершине зубчатые.
Соцветие малоцветковое, с войлочно-пушистыми цветоножками и чашелистиками, цветки неизвестны.
Плоды в числе 1—2, крупные, диаметром около 1,5 см, тёмно-красные, на вершине с прямостоячими чашелистиками. Косточки в числе 3—4, с боков гладкие.
Вид Боярышник ложная азароль входит в род Боярышник (Crataegus) трибы Pyreae подсемейства Спирейные (Spiraeoideae) семейства Розовые (Rosaceae) порядка Розоцветные (Rosales).
Боярышник ложная азароль (лат. Crataegus ×pseudoazarolus) — кустарник или небольшое дерево, вид рода Боярышник (Crataegus) семейства Розовые (Rosaceae).