dcsimg
Sivun Syringa reticulata subsp. amurensis (Rupr.) P. S. Green & M. C. Chang kuva
Life » » Archaeplastida » » Kaksisirkkaiset » » Öljypuukasvit »

Syringa reticulata subsp. amurensis (Rupr.) P. S. Green & M. C. Chang

Amur yasəməni ( azeri )

tarjonnut wikipedia AZ

Amur yasəməni (lat. Syringa amurensis) — zeytunkimilər fəsiləsinin yasəmən cinsinə aid bitki növü.

Təbii yayılması

Təbiətdə Uzaq Şərqdə bitir.

Botaniki təsviri

Hündürlüyü 20 m, diametri 20-30 sm olan, sıx çətirli ağacdır. Yarpaq ayaları enli-yumurtavari və ya ellipsvari olub, zəif qırışlıdır. Çiçəkləri ətirli, ağ rəngli, diametri təxminən 6-8 mm, uzunluğu 25 sm-ə qədər olan sıx süpürgə çiçək qrupuna yığılmışdır. İyul ayında 3 həftəyə qədər müntəzəm və bol çiçəkləyir, meyvəsi oktyabr ayında yetişir, uzunluğu 1,5 sm, eni 0,3-0,4 sm olan, iki laylarla açılan qutucuqlardan ibarətdir. Meyvəsinin qabığı tünd boz və ya qonur rənglidir.

Ekologiyası

Balvericidir. Tez böyüyür. Soyuğa davamlıdır. Şəhər şəraitini yaxşı keçirir. 90-100 il yaşayır. Qarışıq meşələrdə, kolluqlarda, bəzən qayalarda və yamaclarda bitir.

Azərbaycanda yayılması

Qiymətli sahil və torpaqbərkidici cinsdir. Oduncağı möhkəmdir. Bakı, Gəncə və s. rayonlarda park və bağlarda rast gəlinir.

İstifadəsi

Çiçəkləmə dövründə çox dekorativdir. Yaşıllaşdırmada istifadə edilir.

Ədəbiyyat

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
lisenssi
cc-by-sa-3.0
tekijänoikeus
Vikipediya müəllifləri və redaktorları
alkuperäinen
käy lähteessä
kumppanisivusto
wikipedia AZ

Amur yasəməni: Brief Summary ( azeri )

tarjonnut wikipedia AZ

Amur yasəməni (lat. Syringa amurensis) — zeytunkimilər fəsiləsinin yasəmən cinsinə aid bitki növü.

lisenssi
cc-by-sa-3.0
tekijänoikeus
Vikipediya müəllifləri və redaktorları
alkuperäinen
käy lähteessä
kumppanisivusto
wikipedia AZ