dcsimg

Savi şəbpərəsi ( azeri )

tarjonnut wikipedia AZ

Savi şəbpərəsi və ya Könlücəyəoxşar şəbpərə (lat. Hypsugo savii) — Könlücəkimi şəbpərə (lat. Hypsugo) cinsinə aid yarasa növüdür. Növ italyan zooloqu Paolo Savinin (1798-1871) şərəfinə adlandırılmışdır.

Xarici görünüşü

Ölçüləri əksər könlücələrdə olduğu kimidir. Bədənin uzunluğu 42-45 mm, quyruğun uzunluğu 31-45 mm, qulaqların uzunluğu 11-13 mm, qulağın dəri çıxıntısının uzunluğu isə 4,5-6 mm-dir. Erkək dişidən birqədər kiçikdir. Xəzinin rəngi çox dəyişkəndir. Bədənin üst tərəfinin ümumi fonu solğun ağımtıl-sarıdan tünd qırmızı qonura, alt tərəfi isə ağdan tünd yaşılımtıl-boz və ya qonur açıq-sarı rəng arasında dəyişir. Qanad pərdələri bozumtul açıq-sarıdan tünd qonur rəng arasında dəyişir. Qulaqları örtən tüklər daha tünddür. Mövsümi dəyişikliklə yanaşı, onlarda həmçinin kəskin coğrafi rəng dəyişkənliyi də müşahidə olunur. Yaşlılarla müqayisədə cavan fərdlər açıq rəngdə olurlar.

Yayılması

Cənubi Avropanın Aralıq dənizi ətrafındakı ölkələrində, Orta və Mərkəzi Asiyada, Uzaq Şərqdə yayılmışlar. Azərbaycanda daha çox Kiçik Qafqaz ərazisindən 1360 m-ə qədər yüksəkliklərdə məlumdur. Böyük Qafqazda yalnız Zaqatala rayonunda, Kür-Araz ovalığında, Mingəçevir yaxınlığında və Qobustanda tapılmışdır.

Həyat tərzi

Biologiyası zəif öyrənilmişdir. Onlarca fərddən ibarət olan dişi yarasaların koloniyalarının əsas sığınacaqları qayaların yarıqları və evlərin çardaqları hesab edilir. İyunun axırı-iyulun birinci yarısında dişi 2, nadir hallarda 1 bala doğur. Payızın əvvəlində tək-tək və ya kiçik qruplar halında yaşayan erkəklər dişilərin və cavan fərdlərin koloniyalarına qoşulurlar.

Sayı

Bütün mövsümlərdə müşahidə edilən nadir və azsaylı növdür.

Mənbə

  • 1. Рахматулина И. К. Рукокрылые Азербайджана (Фауна, Экология, Зоогеография) // Баку, 2005, сс. 67-75;
  • 2. Рахматулина И. К. Azərbaycan yarasalarının mühafizəsi üzrə hərəkət planı // Bakı, 2008, 51-53.
  • 3. Azərbaycanın heyvanlar aləmi. III hissə. Onurğalılar. Bakı, Elm nəşriyyatı, 2004

Xarici keçidlər

lisenssi
cc-by-sa-3.0
tekijänoikeus
Vikipediya müəllifləri və redaktorları
alkuperäinen
käy lähteessä
kumppanisivusto
wikipedia AZ

Savi şəbpərəsi: Brief Summary ( azeri )

tarjonnut wikipedia AZ

Savi şəbpərəsi və ya Könlücəyəoxşar şəbpərə (lat. Hypsugo savii) — Könlücəkimi şəbpərə (lat. Hypsugo) cinsinə aid yarasa növüdür. Növ italyan zooloqu Paolo Savinin (1798-1871) şərəfinə adlandırılmışdır.

lisenssi
cc-by-sa-3.0
tekijänoikeus
Vikipediya müəllifləri və redaktorları
alkuperäinen
käy lähteessä
kumppanisivusto
wikipedia AZ