dcsimg

Qarasollar ( 亞塞拜然語 )

由wikipedia AZ提供

Qarasol (lat. Vimba) — balıq cinsi. Bədəni az hündürdür. Ağzı aşağıda və aypara şəklindədir. Udlaq dişləri bir sırada yerləşir, yanlardan basıqdır, sayı adətən 5-5-dir. D III 8 (9), A III (15) 16-22-dir. Anal üzgəci bel üzgəcinin qurtaracağındakı vertikaldan başlayır. Bel üzgəcinin gerisində pulcuqla örtülü olmayan omurğa vardır. Peysər ilə bel üzgəcinin başlanğıcı arasında pulcuqla örtülü olmayan şırım olur. Bel üzgəcinin qurtaracağı ilə quyruq üzgəcinin başlanğıcı arasında aydın görünən omurğa olur. Qəlsəmə dişcikləri qısa və seyrəkdir (16-20 ədəd). Qara dənizdə, Baltik və Xəzər dənizlərinin hövzələrində yayılmış bir növü vardır. Bu növün Azərbaycanda xüsusi yarımnövü yayılmışdır.

Növləri

Cinsə 4 növ daxildir[1]:

Ədəbiyyat

  1. Azərbaycan heyvanlar aləmi. III cild. Bakı: Elm, 2004, s.116.
  2. H.S.Abbasov, R.V.Hacıyev. İxtiologiya. Bakı: 2007, s.241.
    1. FishBase: Список валидных видов рода Vimba
    許可
    cc-by-sa-3.0
    版權
    Vikipediya müəllifləri və redaktorları
    原始內容
    參訪來源
    合作夥伴網站
    wikipedia AZ

    Qarasollar: Brief Summary ( 亞塞拜然語 )