dcsimg
Lineus ruber (Müller 1774)的圖片
Life » » Metazoa »

紐形動物門

Nemertea

Nemertinlər ( 亞塞拜然語 )

由wikipedia AZ提供

Nemertinlər (lat. Nemertea) — əsasən dənizlərdə yaşayır, nadir hallarda parazitlik edir. Bədəni qurdşəkilli olub, kirpikli epiteli ilə örtülüdür. 250 cins və 1000-ə yaxın növü təsnif olunub.

Xarici quruluşu

Bədəni uzununa dartılıb, yığılıb-açılma qabiliyyətinə malikdir. Çox vaxt silindrikdir. Ölçüləri 1-2 sm-dən 2 m-ə qədər dəyişir. Nemertinlər əsasən tünd rəngdə olur, bəzən yaşıl, qırmızı, çəhrayı və alabəzək rənglərdə olur. Bədənin ön hissəsinin qarın tərəfində uzununa yarıq şəklində ağız yerləşir, ondan qabaqda heyvanın lap ön qütbündə xüsusi dəlik vardır ki, buradan vaxtaşırı xaricə uzun xortum atılır. Nemertinlərin dəri epitelisi kirpikciklidir. Burada çoxlu selik vəzili hüceyrələr olur. Daxili orqanların arası dəri-əzələ kisəsindən daxilə, birləşdirici toxuma-parenxima ilə doludur.[1]

Daxili quruluşu

Həzm sistemi - bağırsaq ağızdan anal dəliyinə qədər uzanan düz boru şəklindədir. Ağızdan sonra ektodermal mənşəli qısa ön bağırsaq, yaxud qida borusu yerləşir. O uzun entodermal orta bağırsağa keçir. Qidanın həzmi həm bağırsaq boşluğunda, həm də hüceyrə daxilində baş verir. Nemertinlər xırda heyvanlarla qidalanan yırtıcılardır. Xortum müdafiəyə və şikara hücum etmək üçün xidmət edir.

Qan-damar sistemi - üç əsas uzununa damara malikdir. Biri bel, ikisi yan damarlardır. Bel qan damarı bağırsağın üstündə, onunla xortumun yatağı arasında yerləşir. Damarların üçü də bədənin ön hissəsində birləşir və bədən boyu eninə atmalarla birləşir. Qanda ona qırmızımtıl, sarı və yaxud yaşıl rəng verən müxtəlif tənəffüs piqmentləri, eyni zamanda hemoqlobin vardır.

Tənəffüs sistemi - ixtisaslaşmış tənəffüs orqanları yoxdur.

İfrazat sistemi - protonefridial tipdədir. Bu bir cüt boru olub bədənin yan tərəfində yerləşir. Onlar dəliklə xaricə açılır. Kanalcıqlar öz qurtaracaqları ilə yan qan damarlarının divarlarına daxil olur və maddələr mübadiləsinin son məhsullarının xaric olmasını asanlaşdırır.

Sinir sistemi - yaxşı inkişaf etmişdir. Onun mərkəzi hissəsi iki cüt beyin yaxud serebral düyünlərindən ibarətdir. Sinir düyünləri xortumun altında və üstündə sinir liflərindən ibarət komissuralarla birləşmişdir. Baş beyindən arxaya bir cüt iri, yan sinir sütunları gedir. Onlar ya dəri-əzələ kisəsi qatlarının arasında, o cümlədən dəri epitelisində, ya da parenximada yerləşir.

Hiss orqanları - yan yarıqlar və serebral orqanlar olduqca adidir. Birincilər titrək kirpikli epiteli ilə örtülmüş və başın yanlarında yerləşən yarıqvari çöküklərdən ibarətdir. İkincilər-dərin çöküklərdir. Onlar beyin sinir düyününə sıx birləşir və onun içərisinə daxil olur.

Cinsi sitem - ayrıcinslidir.Bağırsağın yan cibcikləri arasında çoxlu cüt yumurtalıqlar və ya toxumluqlar yerləşir. Cinsi hüceyrələrin xaricə çıxmasına qısa axarlar xidmət edir.

İnkişafı

Mayalanma xaricidir. Mayalanmış yumurta tam bölünür. Bölünmə nəticəsində blastula, daha sonra qastrula yaranır. Nemertinlər üçün xarakterik sürfə pillidi adlanır. Formalaşmış qurd pillidinin divarını deşir və xaricə çxır. Daha sonra suyun dibinə enir və sürünmə həyat tərzinə keçir.

Ekologiyası və yayılması

Nemertinlər mülayim qurşaqda və arktika sularında yaşayırlar. Az miqdarda tropikada təsadüf olunur. Nemertinlər əsasən dibdə yaşayan heyvanlardır. Nisbətən az növləri suda üzür. Su qatında yaşayan nemertinlərin arasında böyük dərinlikdə yaşayan növlərə (lat. Pelagonemertes) də rast gəlinir. Onlar 1800-dən yuxarı dərinlikdə yaşayır. Xəzər dənizində 1 növü (Prostoma clepsinoides) məlumdur.

Sinonim

Rhyncocoela

Ədəbiyyat

  1. Dogel, Onurğasızlar zoologiyası, Bakı-2007, səh. 174

Xarici keçidlər

  • Dogel, Onurğasızlar zoologiyası, Bakı-2007, səh. 173
  • 許可
    cc-by-sa-3.0
    版權
    Vikipediya müəllifləri və redaktorları
    原始內容
    參訪來源
    合作夥伴網站
    wikipedia AZ

    Nemertinlər: Brief Summary ( 亞塞拜然語 )

    由wikipedia AZ提供

    Nemertinlər (lat. Nemertea) — əsasən dənizlərdə yaşayır, nadir hallarda parazitlik edir. Bədəni qurdşəkilli olub, kirpikli epiteli ilə örtülüdür. 250 cins və 1000-ə yaxın növü təsnif olunub.

    許可
    cc-by-sa-3.0
    版權
    Vikipediya müəllifləri və redaktorları
    原始內容
    參訪來源
    合作夥伴網站
    wikipedia AZ