dcsimg
Entobdella hippoglossi (Müller 1776) Blainville 1818的圖片
Life » » Metazoa » » 扁形動物門

單殖綱

Monogenea

Monogeneylər ( 亞塞拜然語 )

由wikipedia AZ提供

Monogeneylər (lat. Monogenea) – parazit yastı qurdlar tipinə aid heyvan sinfi.

Ümumi məlumat

Monogenetik sorucu qurdlar sinfi balıqlarda, Qismən də suda-quruda yaşayanlarda və sürünənlərdə ektoparazitlik edən 1500-dən çox növü birləşdirir. Onların az bir hissəsi isə bağırsaqda və sidik kisəsində yaşamağa uyğunlaşmışdır. Xarici orqanlarda parazitlik etməklə əlaqədar olaraq, onların quruluşunda özünəməxsus xüsusiyyətlər əmələ gəlmişdir. Xüsusilə onlarda qəlsəmələrdən və bədən səthindən möhkəm yapışmağa xidmət edən orqanlar əmələ gəlmişdir. Bu orqanlar bədənin dal tərəfində yerləşmişdir və xitin qarmaqcıqlarla, bəzi formalarda sormaclarla və s. ilə təchiz olunmuşdur. Bədənin ön hissəsində yapışmağa xidmət edən fır, sormac və s. vardır. Monogenetik sorucuların bədəninin özəri sitoplazmatik örtüklə (tequmentlə) örtülmüşdür, ki, bu da sorucu qurdlarla oxşarlıq təşkil edir. Ağız bədənin ön hissəsində yerləşmişdir. Ağız əzələli udlağa, o da kisəşəkilli və ya ikişaxəli bağırsağa açılır[1].

Təsnifatı

  • Monopisthocotylea yarımsinfi
    • Capsalidea dəstəsi
    • Dactylogyridea dəstəsi
    • Gyrodactylidea dəstəsi
    • Lagarocotylidea dəstəsi
    • Monocotylidea dəstəsi
    • Montchadskyellidea dəstəsi
  • Polyopisthocotylea yarımsinfi
    • Avielloidea fəsiləüstü
    • Chimaericoloidea fəsiləüstü
    • Diclidophoroidea fəsiləüstü
    • Diplozooidea fəsiləüstü
    • Megalonchoidea fəsiləüstü
    • Microcotyloidea fəsiləüstü
    • Polystomatoidea fəsiləüstü

İstinad

  1. Ağayev B.İ., Zeynalova Z.A. Onurğasızlar zoologiyası. Bakı: Təhsil, 2008, (568 s.) səh.160-161.
許可
cc-by-sa-3.0
版權
Vikipediya müəllifləri və redaktorları
原始內容
參訪來源
合作夥伴網站
wikipedia AZ

Monogeneylər: Brief Summary ( 亞塞拜然語 )

由wikipedia AZ提供

Monogeneylər (lat. Monogenea) – parazit yastı qurdlar tipinə aid heyvan sinfi.

許可
cc-by-sa-3.0
版權
Vikipediya müəllifləri və redaktorları
原始內容
參訪來源
合作夥伴網站
wikipedia AZ