dcsimg
Sequoiadendron resmi
Life » » Archaeplastida » » Gymnosperms » » Servigiller »

Mamut Ağacı

Sequoiadendron giganteum (Lindl.) J. T. Buchholz

Nəhəng sekvoyadendron ( Azerice )

wikipedia AZ tarafından sağlandı

Gövdəsinin qabığının qalınlığı 50 mm- ə çatır, rəngi qırmızımtıl bozdur.Yarpaqları pulcuqlu iynevarıdır, uzunluğu 0,5-1,2 sm-ə çatır. Yarpaqları, əsasən, zoğ boyu yerləşir və aşağıya doğru əyiləndir. Onlar ayrı-ayrılıqda yuxarıdan əyilmiş, aşağıdan qabarıq, bozumtul-yaşıl rəngə çalır. İynəyarpaqları töküldükdən sonra zoğ və ya budaq üzərində rombşəkilli başlıqlar qalır. Çiçəklərində tozcuqlar 2-5ədəd tozcuq kisələrində yerləşir. Toxumları ellips formalıdır, kənarları batıq qanadlarla əhatə olunmuşdur, uzunluğu 5mm-ə çatır. Toxum pulcuqlarında 3-12 ədədə kimi yumurtacıq olur. Qozaları yumurtavarı olub, 5-8 sm uzunluqdadır, onların pulcuqları ucdan qalxanvarı enliləşmişdir, ensiz rombşəkillidir, qırışıqlıdır. Olduqca zəif boy atır. Quraqlığa, quru və qeyri münbit torpaqlara, dərin qatlı, hətta əhəngli torpaqlara davamlıdır. Ağır gilli və çox rütubətli torpaqlara davamsızdır. Şaxtaya davamlıdır. Azərbaycan da Abşeron yarımadasında, Lənkəran da bağ və parklarda bəzi nüsxələrinə rast gəlinir. Nəhəng Sekvoyya dendronun bir çox dekorativ formaları piramidal, sallaq, mavi, qızlı, gümüşü, iynəyarpaqlı və s. Vardır. Respublikamızda şəhər və kəndlərdə, qəsəbələrdə, digər yaşayış məntəqələrində xiyabanların salınmasında, park və bağlarda tək-tək və qurup halında, kompazisiyalarda istifadə edilə bilər.

Məlumat mənbələri:

Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.

İstinadlar

  1. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.

Mənbə

lisans
cc-by-sa-3.0
telif hakkı
Vikipediya müəllifləri və redaktorları
orijinal
kaynağı ziyaret et
ortak site
wikipedia AZ

Nəhəng sekvoyadendron: Brief Summary ( Azerice )