dcsimg

Dağ badamı ( Azerice )

wikipedia AZ tarafından sağlandı

Dağ badamı - (lat. Amygdalus fenzliana (Fritsch) Lipsky.). Gülçiçəklilər – (Rosaceae Juss.) fəsiləsinə aid bitki növü.[1]

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –EN A2abc+3c.[2] Azərbaycanın nadir növüdür.[3][4][5]

Qısa morfoloji təsviri

4 m-ə qədər hündürlüyündə, yerə sərilmiş geniş çətirli, ağac və ya koldur, budaqların sonu tikanlıdır.[6] Yarpaqlar qısa saplaqlı 1,5 sm-ə qədər uzunluğunda, kənarları elllipsvari neştərşəkilli, mişarşəkilli dairəvi və pazşəkillidir. Əsası çılpaq, dairəvi,Yarpaqlar üstdən yaşıl, alt hissədə isə solğun-yaşıl olur, ortadan görüən damarlı, 6-8 sm uzunluğundadır. Kasa yarpağının borucuğu zəngvari, qırmızımtıldır. Çiçəkləri birdən beşə qədər olub, qırmızımtıl rəngdə olur. Ləçəkləri çəhrayı rəngli və təxminən yumrudur. Meyvə dairəvi, məxməri, tək oturaqdır. Toxumu oval , yana brkidilmiş, təpə issəsi iti və ya ket, 2 sm-ə qədər uzunluğunda, demək olar ki, hamardır.[4][7][8]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Quru qayalı yamaclarda və kollarda, Naxçıvanın orta dağ qurşaqlarında, cəngəlliklərdə yayılıb. Çiçəkləməsi aprel, meyvələməsi sentyabr aylarına təsadüf edir. Çoxalması toxumladır. Kriptofitdir. Dekoratvi bitkidir. Quraqlıq yerlərdə yaşıllaşdırılmada istifadə oluna bilər[9]

Məhdudlaşdırıcı amillər

Otarılma və tapdalanma nəticəsində yaşama ərazisi məhdudlaşır.[4]

Mühafizə tədbirləri

Yayılma yerlərində antropogen təsirlərin qarşısının alınması üçün yasaqlıqların yaradılması təklif olunur, yeni yayılma sahələri axtarılmalıdır.[4][10]

Yayılması

Azərbaycan, Türkiyəİranda təbii arealı vardır.

Azərbaycanda yаyılması

Talış bölgəsində, Alazan Əyriçay çökəkliyində, Naxçıvan MR-nın dağ və düzənliyində, [11]Kür-Araz ovalığında (Diabar) rast gəlinir. Kür düzənliyi, Kiçik Qafqazın şimal və cənub hissəsi, Naxçıvanın dağlıq hissəsi, Diabardır.[4]

Sayı və tendensiyası

Populyasiyanın təbii bərpası azalır, ətraf mühitin mənfi təsirlərinə həssaslıq müşahidə olunur .

Məhdudlaşdırıcı amillər

Otarılma və tapdalanma nəticəsində yaşama ərazisi məhdudlaşır.

İstinadlar

  1. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.
  2. Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitab-ları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1989;
  3. http://redbook.az/?options=project&id=Da%C4%9F%20badam%C4%B1
  4. 4,0 4,1 4,2 4,3 4,4 Azərbaycan Respublikasının Qırmızı kitabı.Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri.ıı nəşr Bakı-2013
  5. Красная Книга СССР. 1984;
  6. Azərbaycanın ağac və kolları. III cild. 1970;
  7. Флора Азербайджана, 1954
  8. Деревья и кустарники СССР. т.3.1954;
  9. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.
  10. Naxçıvan MR-nın flora müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011.
  11. Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. 2008;
lisans
cc-by-sa-3.0
telif hakkı
Vikipediya müəllifləri və redaktorları
orijinal
kaynağı ziyaret et
ortak site
wikipedia AZ

Dağ badamı: Brief Summary ( Azerice )

wikipedia AZ tarafından sağlandı

Dağ badamı - (lat. Amygdalus fenzliana (Fritsch) Lipsky.). Gülçiçəklilər – (Rosaceae Juss.) fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –EN A2abc+3c. Azərbaycanın nadir növüdür.

lisans
cc-by-sa-3.0
telif hakkı
Vikipediya müəllifləri və redaktorları
orijinal
kaynağı ziyaret et
ortak site
wikipedia AZ